Accessibility links

Cənubi Afrikadan olan Rolen Ştrausun 22 yaşı var

22 yaşlı Cənubi Afrikalı qadın 64-cü Dünya Gözəllik Müsabiqəsinin qalibi olub.

Bazar günü tibb tələbəsi olan Rolen Ştrausa Londonda gözləllik tacı təqdim olunub. Dünyada yüz milyonlarla insanın televizordan mərasimi izlədikləri təxmin edilir.

“Hər dəfə Cənubi Afrika sözünü eşidəndə tüklərin ürpəşir. Mənim öz ölkəmdə bir çox imkanım olub, və Nelson Mandela və onun ölkəmiz üçün etdikləri ilə biz dünyaya nümunə ola bilərik, və göstərə bilərik ki, biz birləşə bilirik, biz bağışlaya bilirik, və qarşıya baxanda biz parlaq gələcək görə bilirik.

Macarıstanlı Edina Kultsar ikinci yerə çıxıb, amerikalı Elizabet Safrit isə üçüncü olub. Yarışmada 120-dən çox ölkə təmsil olunub.

Builki yarışmaya honduraslı gözəl Maria Hose Alavaradonun ötən ay bacısı ilə birgə öldürülmüş halda tapılması faciəvi kölgə salıb.

Polis Marianın bacısının sevgilisinin qızı bir qonaqlıqda başqa bir kişi ilə rəqs etdiyini gördükdən sonra qətlə yetirdiyindən şübhələnir.

Yeni dünya gözəli Hondurasa səfər edərək orada qətlə yetirilən bacıların şərəfinə məktəb açmağı planlaşdırır.

XS
SM
MD
LG