Accessibility links

Dünya ictimiayyəti Suriyaya Liviya kimi dəstək verəcəkmi?

  • Amerikanın səsi

Suriyada Əsəd rejimi bir ilə yaxındır davam edən demokratiya istəyini zorakılıqlarla boğmaq yolunu seçib. İndi müxalifət silahlanmadan başqa yolu olmadığını düşünür. Beynəlxalq ictimaiyyət Suriya hökumətindən bütün ümidlərini kəssə də, zorakılıqların qarşısını almaq yollarını araşdırır. Suriyada silahlı müxalifətə Liviyada olduğu kimi dəstək veriləcəkmi? ABŞ-ın Sülh İnstitutunun əməkdaşı Steven Haydermannın fikrincə, beynəlxalq ictimaiyyət vəziyyətə müdaxilə etməlidir.“Beynəlxalq ictimaiyyət Suriyadakı vəziyyətə zorakılıqların artmasına mane olmaqla müdaxilə etməlidir. Hazırda Suriyaya çoxsaylı silah keçirilir. Əgər dünya bu məsələyə qarışmasa, silahlara nəzarət olmasa, Suriyada qarşıdurmalar vüsət alacaq”.

Əsəd rejimi ilə əlaqələrini tamamilə kəsən və regionda baş verən hadisələrlə yaxından maraqlanan Türkiyə Suriya müxalifətinə qapılarını açıb. Zorakılılar səbəbi ilə qaçqın düşən insanlar Türkiyədə sığınacaq tapır. Bu yaxınlarda Amerikakaya səfər edən Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Türkiyənin Suriyda qırğınlara tamaşaçı olmayacağını bildirmişdi.

Amerikalı təhlilçi Steven Haydermann Vaşinqtonun Ərəb Liqası ilə əlaqələrini dərinləşdirməli olduğunu və bunun ABŞ və Türkiyə münasibətlərinə də müsbət təsiri ola biləcəyini vurğulayır. “Ərəb Liqası ilə iş birliyi, Suriyaya qarşı sanksiyalara dəstək verilməsi və müxalifətlə daha yaxın təmas qurulması Türkiyə ilə Amerika arasında səmərəli bir əməkdaşlığa fürsət ola bilər” .Suriyda zorakılıqlar yüzlərlə insanın ölümünə səbəb olub, minlərlə sakini ərzaq, su və tibbi ləvazımatdan məhrum edib.

BMT hər gün yüzlərlə insanın döyüşlərin qurbanı olduğunu bildirir. Bir ilə yaxındır davam edən iğtişaşlar 7500 insan həyatı bahasına başa gəlib. Ölənlər arasında çox sayda qadın və uşaq olduğu bildirilir. Suriyada 100 ilə 200 min arasında qaçqın və məcburi köçkün var. Onların 25 mini xarici ölkələrə pənah aparıb.

XS
SM
MD
LG