Accessibility links

BMT-nin iqlim agentliyi 2010-ci ilə qədər son 10 il ərzində hava şəraiti 1800-ci illərdən başlayaraq qeyd edilməmiş dərəcədə isti keçdiyini bildirib.

Dünya Meteorologiya Təşkilatı bildirib ki, 2008-ci ildən başqa son onilliyin hər ili rekord isti qeydə alınıb. Qərargahı Cenevrədə yerləşən təşkilat 2010-cu ildə indiyə qədər qeydə alınmamış isti şəraitdə keçdiyini bildirib.

Dünya Meteorologiya Təşkilatı bu məlumatları hava temperaturu, yağıntılar, eyni zamanda qasırğalar, quraqlıqlar və böyük sellər kimi ekstremal hava şəraitinə dair yeni hesabatında açıqlayıb. Təşkilat həmçinin 2010-cu ildə yağıntılı keçdiyini də qeyd edib.

Dünya Meteorologiya Təşkilatının bildirdiyinə görə, bəzi ekstremal hava şəraiti təbii dəyişmələrlə bağlıdır.

Bununla belə, təşkilatın Baş katibi Mişel Jarraud istixanə qazları səviyyəsinin artmasının ətraf mühit və okeanlara uzun müddətə təsir göstərə biləcək bir şəkildə iqlim dəyişməsinə gətirib çıxardığını bəyan edib.
XS
SM
MD
LG