Accessibility links

IMF Misir və Tunis kimi ölkələrdə üsyanların başlamasında iqtisadi böhranın rolu olduğunu bildirir (audio)

IMF-nin rəhbəri Dominik Straus-Kan dünya üzrə israrla artmaqda olan işsizlik problemini vurğuladı

Baxmayaraq ki, qlobal iqtisadi böhrandan iki il sonra dünya ölkələrində iqtisadi artım nisbətən yaxşılaşıb, Beynəlxalq Valyuta Fondu (IMF) bu artımların əksər insanların həyat tərzlərini yaxşılaşdırmaq üçün kifayət olmadığını deyir.

IMF-Dünya Bankının yaz görüşlərində Qlobal maliyə rəhbərləri qeyri-sabit ictimai borclar, valyuta mübadilələrində sərt qaydalar, Yaponiyada son vaxtlar baş verən təbii fəlakət və Yaxın şərq və Şimali Afrikada üsyanların iqtisadi təsirlərindən narahat olduqlarını dilə gətirmişlər. IMF-nin rəhbəri Dominik Straus-Kan dünya üzrə israrla artmaqda olan işsizlik problemini vurğuladı.

Straus-Kan:`İnkişaf kifayət deyil. Ona görəki inkişaf varsa qalan hərşey öz qaydasına düşəcək təfəkkürünə əsaslanan köhnə paradiqma artıq işləmir. Deməli biz mandatımızda deyildiyi kimi təkcə iqtisadi artıma dair problemləri yox eyni zamanda iqtisadi artımın iş yerləri yaradacağına dair ideyaları da nəzərə almalıyıq. `

IMF-nin rəhbəri bu vəziyətin Misir və Tunis kimi ölkələrdə üsyanların başlamasında rolu olduğunu bildirir. Bu ölkələrdə iqtisadiyyat sürətlə inkşaf edirdi və iqtisadi mütəxəssislərdən bu ölkələrə dair yaxşı rəylər alınırdı. Lakin işsizlik və xalq arasında narahatlıq yüksək olmaqda davam edirdi.

Straus-Kan eyni zamanda inkişaf etməkdə olan ölkələrdə yanacağın və ərzağın qiymətinin yüksək olmasından narahatdır. Dünyada makro-iqtisadiyyat rəqəmlərinin yüksəldiyi bir vaxtda bir çox insan bundan xeyir görmür.

IMF Misir və Tunis kimi ölkələrdə üsyanların başlamasında iqtisadi böhranın rolu olduğunu bildirir (audio)

IMF Misir və Tunis kimi ölkələrdə üsyanların başlamasında iqtisadi böhranın rolu olduğunu bildirir (audio)

Straus-Kan:`Bir çox insan həyat tərzlərinin yaxşılaşmadığını düşünürlər. Bu boşluğu doldurmaq əslində bizim işimiz deyil, amma biz özümüzü görməməzliyə də vura bilmərik. Ona görədə nazirlər görüşərkən bu amillərə nəzər yetirməlidirlər və məncə görüş əsnasında hər kəs bunu etiraf edir.`

IMF rəsmiləri iqtisadi gərginliyi aradan qaldırmaq üçün maliyə nazirlərinin çoxtərəfli əməkdaşlıqlarının vacibliyini qeyd ediblər.

Onlar özləri də daxil olmaqla bütün tərəfləri əvvəlcədən tədbirlər görmək və proaktiv şəkildə hərəkət etməklə növbəti qlobal iqtisadi böhranın baş vermə riskini azaltmağa çağırıblar.

XS
SM
MD
LG