Accessibility links

Dünya Kuboku 2010-da ilk het-trik Argentina-Cənubi Koreya oyununda qeydə alınıb


Dünya Kuboku 2010-da ilk het-trik Argentina-Cənubi Koreya oyununda qeydə alınıb
Dünya Kuboku 2010-da ilk het-trik Argentina-Cənubi Koreya oyununda qeydə alınıb

Yunanlar isə Dünya Çempiomatlarının tarixi ərzində ilk qələbələrini qazanıblar

Yunanıstan bu gün Nigeriya üzərində əldə etdiyi 2-1 hesablı qalibiyyətlə tarix ərzində dünya çempionatlarında ilk qələbəsini qazanıb. Günün ilk oyununda isə ikiqat dünya çempionu Argentina Cənubi Koreyanı 4-1 hesabı ilə məğlub edərək 16-da bir final mərhələsində iştirakı təmin edib. Bugünkü oyunadək qrupun sonuncusu olan Yunanıstan hazırda Cənubi Koreya ilə eyni xala malikdir. Nigeriya qrupda sonuncu yerdədir. Bundan əvvəl yalnız 1994-cü ildə Dünya Çempionatında iştirak edən yunanlar bugünkü qələbə ilə 16-da bir final mərhələsinə adlamaq üçün şanslarını saxlayıblar. Argentinanın 4-1 qazandığı oyunda isə Real Madridin hücumçusu Qonzalo İquain het-trik edib. Argentinanın digər ulduzu Leonel Messi isə hər 4 qolun pasını verməklə yadda qalıb. Günün son oyununda Meksika Fransa ilə üzləşəcək.

XS
SM
MD
LG