Accessibility links

Dünya Kuboku 2010 matçlarında 2 997 000 azarkeş iştirak edib


Bu göstərici ilə Cənubi Afrika ABŞ 1994 və Almaniya 2006-dan sonra üçüncü yeri tutur

FİFA bildirir ki, bu gün keçiriləcək Almaniya-İspaniya yarımfinal oyunu ilə dünya çempionatında oyunları stadionlardan izləyənlərin sayı 3 milyonu keçəcək. Qurumun məlumatına görə, Cənubi Afrikada keçirilən indiyədək keçirilən 61 matçda 2 milyon 997 min futbol həvəskarı iştirak edib. Bu, orta hesabla hər oyuna 49 min izləyici deməkdir. Belə bir göstərici ilə Cənubi Afrika Dünya Kuboku izləyicilərin sayı 3 milyonu keçən 3-cü dünya çempionatıdır. Cənubi Afrika 1994-cü il Birləşmiş Ştatlar və 2006-cı ildə Almaniyada keçirilən dünya kobokundan geridə qalır. 1994-cü ildə 52 oyunda azarkeşlərin sayı 3 milyon 590 minə çatmışdı ki, bu da orta hesabla hər oyuna 69 min izləyici edir. Almaniyada 64 oyunda 3 milyon 360 min futbol azarkeşi oyunları izləməyə gəlmişdi. Belə ki, 2006-cı ildə Almaniyada orta hesabla hər oyuna 52 min 500 azarkeş bilet alıb. Cənubi Afrikada isə satışa 3 milyon 420 min bilet satışa çıxarılsa da, bəzi oyunlar üçün ayrılan biletlərin hamısının satılmadığı bildirilir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG