Accessibility links

Dünya ölkələrinin liderləri Ariyel Şaronun İsrail tarixində rolunu qeyd edib, lakin keçmiş baş nazirlə bağlı tənqidlər fikirlər də səsləndirilib.

ABŞ prezidenti Barak Obama və birinci xanım Mişel Obama cənab Şaronun ailəsinə və İsrail xalqına başsağlığı bildirib. Ağ Evin açıqladığı bəyanatda prezident Obama ABŞ-ın İsrailin təhlükəsizliyi məsələsinə, eyni zamanda İsrail-Fələstin münaqişəsinin sülh və tərəqqi içində dinc yanaşı yaşayan iki dövlətin mövcudluğu prinsipi əsasında həlli kimi məqsədə nail olmaq işinə sadiqliyini bir daha ifadə edib.

Cənab Şaronun yaxın dostu və rəqibi olmuş İsrail prezidenti Şimon Peres onu cəsur əsgər və ölkəsini sevən qətiyyətli bir lider adlandırıb.

İsrailin Baş naziri Benyamin Netanyahu cənab Şaronun ölüm xəbərini eşitdikdən sonra verdiyi ilk açıqlamadan dərin kədərini ifadə edib və onun xatirəsinin xalqın ürəyində daim yaşayacağını deyib.

Fələstin liderləri cənab Şaronun siyasi-ictimai fəaliyyəti ilə bağlı tənqidi fikirlər ifadə edib. Qəzza zolağına nəzarət edən radikal islamçı Həmas qrupu onu “tiran” adlandırıb. Fətah hərəkatının lideri Cibril Racub isə cənab Şaronu “cinayətkar” adlandıraraq, onun Beynəlxalq Cinayət Məhkəməsi qarşısına çıxarılmadğına görüə təəssüfünü bildirib.

Fransa prezidenti Fransua Olland cənab Şaronun ölkəsinin tarixində görkəmli şəxslərdən biri olduğunu deyib. Britaniyanın Baş naziri Deyvid Kaeron isə İsrailin böyük liderini itirdiyini bildirib.
XS
SM
MD
LG