Accessibility links

Dünya liderləri Türkiyədə hərbi çevriliş cəhdini qınayır


Dünya ölkələrinin liderləri Türkiyədə hərbi çevriliş cəhdini qınayaraq, ölkənin hökumətinə dəstək bildirib.

BMT-nin Baş katibi Ban Ki Mun hər hansı bir dövlətin işlərinə hərbi müdaxilənin qəbuledilməz olduğunu bəyan edib. O, sakitliyə, təmkinə və zorakılığa yol verməməyə çağırıb və "mülki hakimiyyətin və konstitusiya nizamının tez zamanda və dinc yolla özünü təsdiqləməsinin və demokratiya prisiplərinə uyğun olaraq bərpa olmasının" mühüm olduğunu əlavə edib.

ABŞ prezidenti Barak Obama
ABŞ prezidenti Barak Obama

Prezient Barak Obama milli təhlükəsizlik müşavirləri ilə görüşdən sonra açıqladığı bəyanatda Türkiyədə bütün tərəfləri demokratik yolla seçilmiş prezident Rəcəb Tayyib Ərdoğan hökumətini dəstəkləməyə, təmkin göstərməyə, zorakılıq və qan tökülməsinə yol verməməyə çağırıb.

Obama Türkiyədə vəziyyəti Rusiya rəsmiləri ilə Suriya böhranını müzakirə etmək üçün Moskvada olan ABŞ Dövlət katbi Con Kerri ilə telefon söhbəti zamanı müzakirə edib.

Con Kerri şənbə günü açıqladığı bəyanatında ABŞ-ın Türkiyə hökumətinə hərbi çevrilişlə bağlı təhqiqata yardım göstərəcəyini bildirib.

"Mən sakitliyə və təmkinə çağırıram və Türkiyənin demokratik təsisatları və onun konstitusiyasına tam hörmət bildirirəm. Türkiyə NATO-nun dəyərəli müttəfiqidir"-Yens Stoltenberq

Con Kerri türkiyəli həmkarı Mevlut Çavuşoğlu ilə telefon söhbətində ABŞ-ın Türkiyənin demokratik yolla seçilmiş mülki hökumətinə və demokratik təsisatlarına tam dəstək verdiyini bəyan edib. ABŞ bütün tərəfləri Türkiyədəki diplomatik missiyalar, personal və mülki işçilərin təhlükəsizliyini təmin etməyə çağırıb.

NATO-nun Baş katibi Yens Stoltenberq
NATO-nun Baş katibi Yens Stoltenberq

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlu ilə əlaqə saxladığını və Türkiyəd vəziyyəti yaxından izlədiyini bildirib. "Mən sakitliyə və təmkinə çağırıram və Türkiyənin demokratik təsisatları və onun konstitusiyasına tam hörmət bildirirəm. Türkiyə NATO-nun dəyərəli müttəfiqidir"-deyə Stoltenberq bəyanatında bildirib.

Avropa İttfaqı Türkiyənin ictimai təsisatlarını normal funksiyalarını bərpa etməyə çağırıb və eyni zamanda, çevrilişin nəticələrinin aradan qaldırılmasında yardımını təklif edib. Avropa İttfaqının Nazirlər Komitəsinin sədri Marina Kalyurand hərbi çevriliş cəhdini pisləyib və demokratik yolla seçilmiş rəsmilərə dəstəyini ifadə edib.

Türkiyədə hərbi çevrilişə etiraz edən vətəndaşlar
Türkiyədə hərbi çevrilişə etiraz edən vətəndaşlar

Almaniya kansleri Angela Merkelin sözçüsü Steffen Ziyberq Twitter səhifəsində "Demokratik nizama əməl edilməlidir. İnsanların həyatının müdafiəsi üçün hər bir şey edilməlidir" yazıb.

İtaliyanın Xarici İşlər naziri Paolo Centiloni Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlu ilə telefon söhbətində "xalqın mobilizə olması və təsisatların müdafiə edilməsindən" məmnunluğunu ifadə edib.

Rusiya Xarici İşlər nazirliyinin açıqladığı bəyanatda ölkənin Türkiyənin legitim rəhbərliyi ilə birgə konstruktiv əməkdaşlığa hazır olduğunu təkrar edilib. "Ölkədə hazırda mövcud terror təhlükələri ilə yanaşı Türkiyədə vəziyyətin kəskinləşməsi və regionda silahlı münaqişə beynəlxaq və regional sabitliyə təhlükə yaradır"- bəyanatda bildirilir.

XS
SM
MD
LG