Accessibility links

Dünya liderləri Aunq San Suu Kyinin azadlığa buraxılmasını alqışlayır


Dünya liderləri Aunq San Suu Kyinin azadlığa buraxılmasını alqışlayır

Dünya liderləri Aunq San Suu Kyinin azadlığa buraxılmasını alqışlayır

Birma demokratik hərəkatının lideri Aunq San Suu Kyinin azadlığa buraxılması dünya liderləri tərəfindən alqışlanır. ABŞ prezidenti Barak Obama Aunq San Suu Kyini “öz qəhrəmanı” adlandırıb və bildirib ki, 65 yaşlı Nobel sülh mükafatı laureatı bütün dünya boyu insan haqları uğrunda mübarizə aparanlara ilham verir. Cənab Obama Birma hökumətini 2200 siyasi məhbusun hamısını həbsdən azad etməyə səsləyib. Britaniya baş naziri Devid Kameron Aunq San Suu Kyini “söz azadlığı, demokratiya və insan haqlarına inanan bütün insanlar üçün nümunə” adlandırıb. Arxyepiskop Desmond Tutunun sözlərinə görə xanım San Suu Kyi “mənəvi cəsarətin qlobal simvoludur.”

XS
SM
MD
LG