Accessibility links

Dünya liderləri Qəzzafiyə zəng edib


Dünya liderləri Qəzzafiyə zəng edib
Dünya liderləri Qəzzafiyə zəng edib

Onlar Müəmmar Qəzzafini zorakılığa son qoymağa çağırır

Liviya lideri Müəmmar Qəzzafiyə hökumət əleyhdarı nümayişçilərə qarşı amansızlığa son qoymaq barədə artan sayda zənglər daxil olur.

Yaxın müttəfiqi İtaliya baş naziri Silvio Berluskoni cənab Qəzzafiyə zəng edərək şəxsən bir dost kimi ondan zorakılığa son qoymağı xahiş edib. Berluskoni bu çağırışı dünən Qəzzafinin istefa verməyəcəyini və ona qarşı çıxanların ölümlə üzləşəcəyini açıqlamasından sonra edib. İtaliya müdafiə naiziri İqnazio La Russanın sözlərinə görə, Qəzzafinin Berluskoniyə əsgərlərə qarşı zorakılıq edildiyini bildirib.

İtaliya rəsmiləri xəbərdarlıq edib ki, ölkədə vəziyyət pisləşsə, Liviyadan İtaliyaya 300 mindən çox qaçqın pənah gətirə bilər.

BMT-də Təhlükəsizlik Şurası cənab Qəzzafinin hərəkətləri ilə bağlı dərin narahatlığını ifadə edib və onu dərhal zorakılığa son qoymağa çağırıb.

XS
SM
MD
LG