Accessibility links

Dünya müsəlmanları Ramazan bayramını qeyd edirlər

  • Amerikanın səsi

Dünya müsəlmanları Ramazan bayramını qeyd edirlər

Dünya müsəlmanları Ramazan bayramını qeyd edirlər

Dünya boyu müsəlmanlar Ramazan bayramını qeyd etməyə hazırlaşırlar. Bu bayram müqəddəs Ramazan ayının son üç gününü əhatə edir.

Səudiyyə Ərəbistanında dini rəsmilər yeni ayın səmada göründüyünü və Ramazan ayının bitdiyini elan ediblər.

Misir və bir neçə ərəb ölkəsində müsəlmanlar bu gündən başlayaraq Ramazan bayramını qeyd edirlər. Rusiya, Türkiyə, və Əfqanıstan kimi qeyri-ərəb ölkələrində də Ramazan bayramları düzənlənib.

Dünyanın ən iri müsəlman əhalisinə malik olan İndoneziyada dini rəsmilər Ramazan bayramının çərşənbə gününə düşdüyünü deyirlər. Pakistan, Hindistan və Banqladeşdə də milyonlarla müsəlman Ramazan bayramını çərşənbə günü qeyd edəcək.

Bir çoxlarının Eyd adlandırdığı Ramazan bayramı İslam ayı Şavvalın birinci günüdür. Başlıca İslam bayramları ay görüntüsünə əsaslandığına görə onların vaxtları fərqlənir.

XS
SM
MD
LG