Accessibility links

Dünya İnternet Azadlığı günündə Sərhədsiz Reportyorlardan yeni kampaniya


Bu gün mart ayının 12-si Beynəlxalq Kiber-Senzuraya qarşı Mübarizə günü Sərhədsiz Reportyorlar təşkilatı bəyanat açıqlayıb.

Bəyanatda deyilir ki, təşkilat dünyaboyu onlayn informasiya azadlığının durumuna dair “İnternetin düşmənləri” adlanan sorğusunun yenilənmiş versiyasını təqdim edir.

Amerikanın səsinin məlumatına görə, Sərhədsiz Reportyorlar dünyada hər üç nəfərdən birinin qeyri-məhdud internetə çıxışı olmadığını bildirir. Sorğuda deyilir ki, 60-dan çox ölkədə internetə senzura tətbiq olunur və ən azı 120 nəfər internetdə fikirlərini azad şəkildə ifadə etdiyinə görə hazırda həbsdədir: “İnternet Ərəb Baharında başlıca rol oynamağa davam etdikcə, daha çox hökumət onlayn informasiyanı manipulyasiya etməyə çalışır”.

Bəyanatda deyilir ki, bu vəziyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bu gündən etibarən www.cyber-tag.net veb səhifəsi fəaliyyətə başlayır.

İnternet istifadəçiləri bu sayt vasitəsilə Sərhədsiz Reportyorların “İnternetin düşməni” hesab etdiyi 10 ölkənin Parisdəki səfirliyinə öz mesajlarını yaza bilər.

XS
SM
MD
LG