Accessibility links

Əfqanıstanın keçmiş prezidenti Həmid Karzai Amerikanın Səsinin Əfqan xidmətinə müsahibədə deyib: “Mən Amerika xalqının bu anlarda ağırısını tam başa düşürəm. Biz uzun zamandır və hər gün Əfqanıstanda belə atışmalar və qətllərdən əziyyət çəkmişik.”

Kabildə Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani hücumu kəskin qınayıb. “Mülki vətəndaşların hədəf alınmsına heç bir halda bəraət qazandırıla bilməz”-deyə o bildirib.

Əfqanıstan baş naziri Abdulla Abdulla hadisə qurbanlarının ailələrinə başsağlığı bildirib. “Terrorizm və terrorçular insanların düşməni olaraq, heç bir əqidəni, dini, milləti və irqi təmsil etmir.”

Berlində Orlando hücumu zamanı həyatını itirənlərin xatirəsi anılır

Berlində Orlando hücumu zamanı həyatını itirənlərin xatirəsi anılır

Dünya ölkələrindən reaksiyalar

Vatikanın Roma Papasının adından yaydığı bəyanatda Papanın hadisə qurbanları və yaralananların ailələrinə qoşularaq dua etdiyi deyilir.

Dünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder kütləvi qətli qınayaraq bunu azlıqda olan insanları hədəf alan nifrət zəminində cinayət aldnaıdırb.

Almaniya kansleri Angela Merkel Çində səfəri zamanı verdiyi bəyanatda nifrət dolu bir şəxsin bu qədər insanın həyatına bais olduğundan kədərini ifadə edib.

Britaniya kraliçası İkinci Yelizaveta ABŞ prezidenti Barak Obamaya göndərdiyi mesajında yazıb: “mən və şahzadə Filip Orlandoda baş vermiş hadisəni şok kimi qarşıladıq. Fikirlərimiz və dualarımız hadisənin təsirinə məruz qalmış insanlarladır.”

Fransa prezidenti Fransua Hollandın Floridada kütləvi qırğını qınadığını və Fransa xalqının “bu ağır günlərdə Amerika rəsmiləri və xalqı ilə bir dayandığını” bildirib.

Parisdə Orlandoda kütləvi qətl hadisəsinin qurbanları anılır

Parisdə Orlandoda kütləvi qətl hadisəsinin qurbanları anılır

Fələstinin Baş naziri Rami Həmdallah qətl hadisəsini terror və nifrət aktı adlandırıb. “Fələstinlilər bu çətin zamanda Amerika xalqı ilə bir dayanır”-deyə o bildirib.

İsrailin Baş naziri Benyamin Netanyahu Birləşmiş Ştatlara dəstəyini bir daha ifadə edib. “İsrail Birləşmiş Ştatlarla çiyin-çiyinə dayanır”-deyə o bildirib.

Çin prezidenti Tsi Zinpin prezident Obamaya telefon zəngində dərin kədərlə başsağlığı bildiribş

Yaponiyanın Baş naziri Şinzo Abe hücumu qınayıb. O, Yaponiyanın Birləşmiş Ştatlar xalqı ilə bir dayandığını və “bu ağlasığmaz terror aktına dözməyin mümkün olmadığını” bildirib.

Kanadanın Baş naziri Castin Trudo Twitter səhifəsində yazdığı mesajında yazıb: ”Biz bu gün terror hücumundan sonra ABŞ-da dostlarımızla birgə kədər hissini bölüşür və LGBT icması iəl həmrəylik bildiririk.”

Londonun meri Sadiq Xan “nifrət və fanatizmə qarşı Orlando şəhəri ilə bir dayandığını” bildirib.

XS
SM
MD
LG