Accessibility links

Dünya Parisdə terror aksiyalarını qəzəblə qarşılayıb


Britaniyanın Baş naziri Deyvid Kameron

Britaniyanın Baş naziri Deyvid Kameron

Dünya ölkələrində Parisdə terror aksiyaları haqda xəbərlər şok və qəzəblə qarşılanıb. Bir sıra ölkələrin liderləri ekstremistlərə qarşı səylərin gücləndirilməsinə çağırıb.

İslam Dövləti qrupunun cümə günü axşam terror aksiyalarına görə məsuiyyəti öz üzərinə götürməsi dərhal dünya liderləri tərəfindən pislənib.

Ağ Evdə prezident Barak Obama Birləşmiş Ştatların Fransaya hər hansı yardımı etməyə hazır olduğunu deyib və Parisdə hücumların pisləyərək, bunu "mülki əhalini terrorizə etmək məqsədilə çirkin cəhd" adlandırıb.

ABŞ Dövlət katibi Con Kerri Parisdə və başqa yerlərdə son günlər baş vermiş terror aksiyalarını "eyni zamanda orta əsr və müasir faşizmin növü" kimi səciyyələndirərək, əsas mahiyyətinin "dağıtmaq, qarışıqlıq, hərcmərclik və qorxu yaratmaq"dan ibarət olduğunu deyib.

Con Kerri bu açıqlamaları Vyanada Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Suriyada vətəndaş müharibəsinin sona çatdırılması üçün siyasi həll yollarının müzakirə edildiyi beynəlxalq konfransda verib.

Sergey Lavrov deyib ki, terrorçulara dözümlülülk göstərilməyəcək. "İslam Dövləti qrupu və digər terror qruplarını məğlub etmək üçün daha artıq iş görməməyimizə heç cür bəraət qazandırmaq olmaz"-deyə o bildirib.

Rusiya parlamentinin aşağı palarası Dumanın spikeri Sergey Narışkin Sankt Peterburqda Fransa konsulluğu qarşısında Parisdə terror qurbanlarının xatirəsinə gül dəstələri qoyur

Rusiya parlamentinin aşağı palarası Dumanın spikeri Sergey Narışkin Sankt Peterburqda Fransa konsulluğu qarşısında Parisdə terror qurbanlarının xatirəsinə gül dəstələri qoyur

Londonda Britaniyanın Baş naziri Deyvid Kameron İŞİD militantlarını pisləyib və Britaniyanın "bu zəhərli, ekstremist ideologiyanın" məhv edilməsi səylərini ikiqat artıracağını deyib.

Kameron nazirlər kabinetinin fövqəladə iclasından sonra danışıb. Britaniya Fransaya dəstək verməyə söz verib. Baş nazir Kameron İŞİD-in əvvəl-axır məğlub ediləcəyini deyib.

Vatikanda Roma Papası Fransis dərin kədərini ifadə edib və belə hücumlara heç bir bəraət olmadığını bildirib.

Hindistanın Baş naziri Narendra Modi Parisdə terror aksiyalarını kəskin şəkidə qınayıb.
BMT-nin Baş katibi Ban Ki Mun hadisəni "mənfur terror hücumları" kimi pisləyib.

XS
SM
MD
LG