Accessibility links

Dünya qüdrətləri ilə danışıqlar zamanı İranın nüvə proqramına haqqı olduğu müzakirə edilməyəcək


Dünya qüdrətləri ilə danışıqlar zamanı İranın nüvə proqramına haqqı olduğu müzakirə edilməyəcək
Dünya qüdrətləri ilə danışıqlar zamanı İranın nüvə proqramına haqqı olduğu müzakirə edilməyəcək

İran prezidenti Mahmud Əhmədinejad dünya qüdrətləri ilə danışıqlar zamanı İranın nüvə proqramına haqqı olduğunun müzakirə edilməyəcəyini deyib. Bu gün Qəzvin şəhərində keçirilən yürüş zamanı İranın dövlət başçısı deyib ki, İran yalnız qlobal problemlər və sülhün təbliği məsələlərini müzakirə edəcək. Dünən İranın xarici ilər naziri Mənuçeh Mottəki BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya ilə müzakirələrin gələn həftə keçirilməsini təklif etmişdi. Təklif Avropa İttifaqının Xarici Əlaqələr Şöbəsinin rəhbəri Katrin Aştona təqdim edilib. ABŞ Dövlət Departamenti BMT-nin Təhlükəsizlik Şurasının təklifi gələn bir neçə gün ərzində nəzərdən keçirəcəyini bildirib.

XS
SM
MD
LG