Accessibility links

Dünya Ərzaq Proqramı: Şərqi Afrika aclıq təhlükəsi ilə üzləşir


Dünya Ərzaq Proqramı: Şərqi Afrika aclıq təhlükəsi ilə üzləşir
Dünya Ərzaq Proqramı: Şərqi Afrika aclıq təhlükəsi ilə üzləşir

Dünya Ərzaq Proqramının (DƏP) rəhbəri xəbərdarlıq edir ki, şərqi Afrika boyunca ərzaq qiymətlərinin qalxması milyonlarla adamı aclıq təhlükəsi qarşısında qoya bilər.

Proqramın icraçı direktoru Josette Sheeran bu barədə bəyanatı Keniyaya beş günlük tapıntı missiyasından sonra açıqlayıb.

DƏP təxmin edir ki, Keniya, Somali, Efiopiya, Cibuti və Uqandanın şərqində sentyabradək 5.2 milyon insana yardım göstərilməlidir.

Sheeran sürətlə artan yanacaq qiymətlərindən də narahatlığını ifadə edib. Onun sözlərinə görə benzin qiymətlərində qalxım bəzi yerlərdə əsas qida məhsulu sayılan qarğıdalının qiymətini 120 faiz bahalaşdıra bilər.

XS
SM
MD
LG