Accessibility links

Dünya Ticarət Mərkəzinin əzəmətli dönüşü [Video]


Dünya Ticarət Mərkəzinin əzəmətli dönüşü
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Dünya Ticarət Mərkəzinin əzəmətli dönüşü

2001-ci ilin 11 sentyabr hücumunda dağılan binaların yerində tikilən Dünya Ticarət Mərkəzində Birinci Dünya Rəsədxanası istifadəyə verilib

Nyu-Cersidən Lonq Aylendə, Şimal bölgələdən Atlatik Okeana kimi......

Cümə günü Nyu-Yorkda Birinci Dünya Ticarət Mərkəzinin rəsədxanasının istifadəyə verilməsi ilə bu mənzərə ictimaiyyətə açıq oldu. Rəsədxana 2001-ci ilin 11 sentyabr hücumunda dağılan binaların yerində tikilib.

Bütün dünyadan insanlar bu yeni binanın ən üst mərtəbəsinə qalxmaq üçün növbəyə durdular. Bina 541 metr hündürlüyündədir. Bu, Şimali Amerika qitəsində ən hündür binadır.

Binanın inşası bu ilin əvvəlində başa çatıb. Tikinti işləri bir neçə il davam edib və 45 min ton polad, 159 min kub metr beton istifadə olunub. Sonda isə 28 min kvadrat metrlik ofis sahəsi inşa olunub.

Cümə günü isə binada son ofis açılışını etdi- Birinci Dünya Rəsədxanası. Deyv Çekets rəsədxananı idarə edən Legends şirkətinin baş icraçı direktorudur.

“Biz döndük. Biz bu binanı inşa etdik.”

Rəsdxananın ərazisi üç mərtəbəni əhatə edir – 100dən 102-ə kimi. Ondan öncə ziyarətçilər 47 saniyəlik liftə minirlər. Burada onlar nyu-yorkun yarandığından regionun bu günkü halına kimi tarixini əks etdirən video izləyirlər. Liftdən endikdən sonra ziyarətçilər digər video izləyirlər. Bu videoda Azadlıq Qülləsi kimi tanınan I-ci Dünya Ticarət Mərkəzinin inşasında iştirak edənlər təsvir olunub. Sonda isə ziyarətçilər Manhattan daxil olmaqla gözlə görünür hər bir yeri izləməyə başlayırlar. Aydın bir gündə bu, 80 kilometrlik məsafə deməkdir.

Bu yıxılıb, bir daha ayağa qalxmaq deməkdir

Rəsədxanaya giriş 30 dollardan çoxdur. Lakin bura ilk gün gələnlər pula əhəmiyyət vermirdilər.

“Bu çox monolit, hündür və gözəl binadır.”

“Əla, Gözəl!”

“Mən artıq ölmədən görmək istədiyim yerlər siyahısında bunu çıxara bilərəm.”

Ziyarətçilər sırasına luksemburqlu bir kişi də var idi.

“Bu binanın inşasında mənim ölkəm də yardımçı olub, çünki binanın zirzəmisindəki polad dirəklər mənim ölkəmdən gətirilib. Yəni, görürsüz? Dünyanın ən kiçik ölkəsi dünyanın ən qüdrətli şəhərinə kömək edib.”

Legends müəssisəsinin sahblərindən biri Dallas Cowboys komandasının sahibi Cerri Consdur. O, 2001-ci ilin 11 sentyabr hadisənin xatırlayanların hisslərini bölüşür:

“Bu yıxılıb, bir daha ayağa qalxmaq deməkdir.”

Nyu-York və Nyu-Cersi Liman İnzibati İdarəsinin gələn 15 ildə rəsədxanadan 875 milyon dollar gəlir götürəcəyi təmin olunub. Lakin bəlkə də daha vacibi yeni Dünya Ticarət Mərkəzini xatirə və gələcəyə ümid məkanı kimi görməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG