Accessibility links

Dünya Ticarət Mərkəzi yenidən Nyu-Yorkun ən hündür binası oldu


İnşaat işçiləri Nyu-York şəhərindəki yeni Dünya Ticarət Mərkəzinin binasının ən hündür zirvəsinə polad tir yerləşdirib. Bununla da bu bina Nyu-York şəhərində ən hündür bina olub.

Mərkəzi Manhattandan 381 metr hündürlüyə yüksəldilən Dünya Ticarət Mərkəzi artıq tanınmış Empire State binasını keçib. Empire State 1931-ci ildə inşa edildiksən sonra 40 il ən yüksək bina statusunu saxlamışdı.

104 mərtəbədən ibarət olacn bina 541 metr hündürlüyündədir. Binanın ABŞ ölçü vahidi ilə 1776 fut hündürlükdə olması simvolik xarakter daşıyır. Belə ki, bu rəqəm Amerika Birləşmiş Ştatlarının müstəqillik əldə etdiyi 1776-cı ili əks etdirir.

Adətən Azadlıq Qülləsi adlanan Dünya Ticarət Mərkəzi 2001-ci il sentyabrın 11-də terror hücumu nəticəsində dağıdılan Dünya Ticarət Mərkəzinin yerində yenidən inşa edilir.

XS
SM
MD
LG