Accessibility links

Ümumdünya Ticarət Təşkilatının heyəti Rusiyada islahatlara dair təkliflər paketini təsdiq edib


Ümumdünya Ticarət Təşkilatının heyəti Rusiyada islahatlara dair təkliflər paketini təsdiq edib
Ümumdünya Ticarət Təşkilatının heyəti Rusiyada islahatlara dair təkliflər paketini təsdiq edib

Ümumdünya Ticarət Təşkilatının (DTT) heyəti Rusiya üçün islahatlara dair təklif paketini təsdiqləyərək, 18 illik danışıqlardan sonra ölkənin təşkilata daxil olması üçün yol açıb. ÜTT bu gün bildirib ki, Rusiyanın təşkilata üzvlüyünə dair təkliflər dekabr ayında təsdiq edillmək üçün 153 üzv ölkəyə təqdim ediləcək.

İslahatlara tariflərin məhdudlaşdırılması və Rusiyada xarici bankların filiallarının yaradılması daxildir. ÜTT-nın baş direktoru Paskal Lami Rusiyanın təşkilata üzvlüyünün ölkənin yolunu qlobal iqtisadiyyata açacağını və ölkəni ticarət üçün daha cəlbedici edəcəyini bildirib.

Təsdiq Rusiya Gürcüstanla mühüm razılıqları imzaladıqdan bir gün sonraya təsadüf edib. Razılığa Abxaziya ilə Osetiya daxil olmaqla, iki ölkə arasında bütün ticarətlərə müstəqil nəzarət daxil edilib.

XS
SM
MD
LG