Accessibility links

Bu gün - dekabrın 25-i dünya boyu xristianlar ən müqəddəs dini bayramları olan Milad bayramını- İsa peyğəmbərin doğulduğu günü qeyd edir.

Minlərlə xristian zəvvar İordan çayının Qərb sahilində olan Betlehemdə Manqer meydanına gəlib. Bu meydan xristianların inancına görə Məryəm ananın İsə Məsihi dünyaya gətirdiyi və əsrlərlə mövcud olan Doğuş Kilsəsinin qarşısındadır.

Amerikalılar isə artıq bir neçə həftədir ki, bayrama hazırlıq görür, hədiyyələr alır, evlər şam ağacları, rəngarəng işıqlarla bəzənir. Bu gün ilin ən gözəl günü hesab edilir. Bir çox xristian bu günü kilsələrə gedir, dünyaya sülhün zəruriliyindən danışır, dini mahnılar söyləyirlər. Bir çoxları üçün bu bayram ailənin bir yerə toplaşması, yemək və hədiyyələrin mübadiləsi günüdür.
XS
SM
MD
LG