Accessibility links

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə Əblüfəz Elçibəyin məzarı ziyarət edildi


Milli Azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarət
Milli Azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarət

1989-cu il dekabrın 31-də Elçibəyin rəhbəri olduğu Azərbaycan Xalq Cəbhəsi fəalları SSRİ-İran sərhədini dağıtmışdılar

Bu gün İctimai Palatanın üzvləri və quruma daxil olan partiyalar 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Fəxri Xiyabanda milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əblüfəz Elçibəyin məzarını ziyarət edib.

Tədbirə həmçinin quruma dqaxil olmayan siyasi partiyaların təmsilçiləri, ziyalılar və ictimaiyyətin çoxsaylı nümayəndələri qatılıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalq hərəkatının nəticəsi olaraq bayram kimi qeyd edilir. Belə ki, 1989-cu il dekabrın 31-də ilk dəfə olaraq keçmiş SSRİ-nin İranla sərhəd xətti xalq hərəkatının fəalları tərəfindən dağıdılıb. Beləliklə İranda yaşayan çoxmilyonlu azərbaycanlılarla Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar sərhəd rejimini keçmədən görüşüb. Bu gün həm də Azərbaycan xalqının birlik rəmzi kimi xatırlanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG