Accessibility links

Kompüter Oyunları üzrə dünya çempionatı Bakıda keçiriləcək


DOTA- 2 oyunu

DOTA- 2 oyunu

Çempionat 12-17 noyabrda “Crystal Hall” sarayında keçiriləcək

Kompüter Oyunları üzrə 6-cı dünya çempionatının Bakıda keçirilməsi ilə bağlı Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov və Beynəlxalq Kiber İdman Federasiyanın (IeSF) baş katibi VonSuk O (WonSuc Oh) arasında memorandum imzalanıb.

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatına görə memoranduma əsasən “6th e-Sports World Championship BAKU 2014” (Kompüter Oyunları üzrə 6-cı dünya çempionatı) 12-17 noyabr 2014-cü ildə Bakı şəhəri “Crystal Hall” sarayında keçiriləcək.

Bundan əlavə, oyun nizamnaməsinin rəsmi qaydalarına uyğun olaraq, IeSF-in Təşkilat Komitəsi yarışların kişilər və qadınlar arasında iki növ üzrə keçirilməsini təmin edəcək.

Çempionata ev sahibliyi edən ölkənin əlavə olaraq 3-4 növə namizədliyini irəli sürmək hüququ var.

Yekun nəticədə IeSF yarışların aşağıdakı növlər üzrə keçiriləcəyini müəyyənləşdirib:

1. Kişilər arasında

- DOTA 2 (VALVE)

- STARCRAFT II: HEART OF SWARM (BLIZZARD)

2. Qadınlar arasında

- STARCRAFT II: HEART OF SWARM (BLIZZARD)

- TEKKEN TAG TOURNAMENT 2 (NAMCO BANDAI)

Hazırda çempionatın proqramına Street Fighter Series, Hearth Stone, Pro Evolution Soccer və başqa əlavə növlərin daxil edilməsinin mümkünlüyü, həmçinin təşkilatı və lisenziya ilə bağlı digər məsələlər nəzərdən keçirilir.
XS
SM
MD
LG