Accessibility links

Dunya Miyatoviç Rəsul Cəfərova qarşı hökmü pisləyib


Dunya Miyatoviç

Dunya Miyatoviç

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç məşhur hüquq müdafiəçisi Rəsul Cəfərovun azadlıqdan məhrum edilməsi haqqında hökmü pisləyib.

“Rəsul Cəfərov barəsində ədalətsiz hökm Azəbaycan həbsxanalarında əsassız olaraq qalan jurnalistlərin və hüquq müdafiəçilərinin sayını artırıb”, deyə Miyatoviçin bəyanatında bildirilir.

“Azərbaycanda fundamental insan haqları və tənqidi səslər sistemli və geniş şəkildə pozulur”, deyə o qeyd edib.

Yaxın gələcəkdə mən bizi narahat edən bu məsələlərin həlli məqsədilə Bakıya səfər etmək niyyətindəyəm. Təəssüf ki, əvvəllər dövlət orqanları onlarla görüşlər zamanı etdiyim çoxsaylı müraciətlərə məhəl qoymayıblar. Buna baxmayaraq, Azərbaycanla konstruktiv dialoq axtarışını davam etdirməliyəm”, deyə bəyanatda bildirilir.

XS
SM
MD
LG