Accessibility links

Dünyada il ərzində passiv siqaret çəkməkdən 600 000 adam ölür


Dünyada il ərzində passiv siqaret çəkməkdən 600 000 adam ölür
Dünyada il ərzində passiv siqaret çəkməkdən 600 000 adam ölür

Araşdırma bu gün Böyük Briyaniyanın tibbi jurnalı olan The Lancet tərəfindən dərc olunub

Yeni araşdırma göstərir ki, dünyada il ərzində passiv siqaret çəkməkdən 600 000 adam ölür.
İlk dəfə olaraq passiv siqaret çəkmənin qlobal təsirinə nəzər salınan araşdırma bu gün Böyük Briyaniyanın tibbi jurnalı olan The Lancet tərəfindən dərc olunub.Tədqiqatçılar aşkar edib ki, uşaqların 40 faizi, o cümlədən siqaret çəkməyən kişi və qadınların 30 faizi passiv siqaret çəkmənin təsirinə məruz qalıb. Alimlərin gəldiyi nəticəyə görə, ölüm hallarının 60 faizi ürək xəstəlikləri səbəbilə, 30 faizi isə astma və ağ ciyər xərçəngi ilə nəticələnən tənəffüs xəstəlikləri səbəbilə baş verir.

XS
SM
MD
LG