Accessibility links

Dünyada ingilis dili öyrənmək istəyənlərin sayı artıb (audio)


Dünyada ingilis dili öyrənmək istəyənlərin sayı artıb (audio)
Dünyada ingilis dili öyrənmək istəyənlərin sayı artıb (audio)

İqtisadi böhran dövründə rəqabətə davam gəitrmək üçün bütün dünyada ingilis dili öyrənməyə çalışanların sayı artıb. Bu halla İspaniyada daha çox qarşılaşmaq olur. Hollivud filmlərinin ispan dilinə tərcümə edilməsi və Latın Amerikası ilə geniş ticarət əlaqələrinə görə ispanlar ingilis dilini öyrənməyi lazım bilmirdi. Lakin qloballaşma və indi iqtisadi böhran İspaniyada ingilis dili dərslərinə marağı intensivləşdirib.

İspaniya tele-kanallarında Amerika filmləri ispan dilinə tərcümə olunub göstərilir, Latın Amerikası ölkələrinin xəbər proqramları yayımlanır. Ölkədə ingilis dilində tele-kanallardan biri budur. Riçard Voqan əslən Texas ştatındandır, lakin 35 ildir İspaniyada yaşayır. O, İspaniyada ingilis dilində ən böyük tele-kanalın sahibidir. Voqan ispanlar arasında ingilis dilinin populyarlığının səbəblərini göstərir.

Riçard Vaqan: `Yaxşı iş tapmaq üçün. İnsanlar ingilsi dilini mədəni səbəbləri üzündən öyrənmir. Bəziləri buna görə öyrənir. Amma motiv əksər hallarda professional səbəblərlə bağlıdır.`

Dünyada ingilis dili öyrənmək istəyənlərin sayı artıb (audio)
Dünyada ingilis dili öyrənmək istəyənlərin sayı artıb (audio)

Qloballaşma insanların öz ölkələrindən kənarda iş tapmağa vadar edib və əksər hallarda adamlar yerli dili bilmədikləri ölkələrdə işləyir. İndi böhran bu prosesi intensivləşdirib.

Nik Brayan London iqtisadiyyat məktəbində dillər mərkəzinin rəhbəridir.

Nik Brayn: `Biz Böyük Britaniya və Avropada universitetlərimizd dil öyrənənlərin sayının artığını müşahidə etmişik. Mən dil sahəsində dərəcə almaq üçün oxuyan tələbələri demirəm, dil öyrənmək, əsasən də ingilis dilini öyrənmək üçün axşam kurslarına gedən tələbələri deyirəm.`

İspaniyada bəziləri Böyük Britaniya və ya Amerikada iş axtarmaq, başqaları isə İspaniyanın özündə beynəlxalq şirkətlərin yerli ofislərində işləmək üçün ingilis dilini öyrənir. İndi əksər şirkətlər bir neçə dil bilən işçilərə üstünlük verir.

Dominik Kampela Madriddə yaşayan amerikalıdır. O, Madriddə ingilis dili müəllimi işləyir. Kampela deyir ki, tələbələrin əksəriyyəti yalnız bir dil-ana dilini bilməyin kifayət olduğunu düşünürlər. Onun sözlərinə görə, tələbələr fikirləşir ki, ingilis dilində pis danışmaqdan heç danışmamaq yaxşıdır və ispanca danışmaqla kifayətlənirlər.

Lakin İspaniya Avropada işsizlik səviyyəsi ən yüksək olan ölkədir. 20 yaşında olan ispanların 40 faizi işsizdir. Bu gənclərdən biri İniqo Qomezdir. O deyir k, indi vəziyət çətindir. Qomesin ali təhsili var, lakin o, məktəbdə iş tapa bilmir.

İniqo Qomezdir: `Mən müəlliməm və burada iş tapa bilmirəm. Yəqin Böyük Britaniyaya gedib orada ispan dili müəllimi işi axtarmaq daha yaxşı olardı`

Qomez xaricə getməyə hazırlaşdığı vaxt, onun tələbə yoldaşlarının çoxu Madriddə qalıb ingilis dilini öyrənəcək və ölkədə tədricən iki dil bilən gənclərin sayı artmağa başlayacaq.

XS
SM
MD
LG