Accessibility links

Dünyanın iri limanlarında radiasiya izləmə sistemi quraşdırılacaq

  • Amerikanın səsi

Dünyanın iri limanlarında radiasiya izləmə sistemi quraşdırılacaq

Dünyanın iri limanlarında radiasiya izləmə sistemi quraşdırılacaq

ABŞ və Çin nüvə materiallarının qanunsuz daşınmasının qarşısını almaq məqsədi ilə qlobal səylərin bir hissəsi kimi Şanxay dəniz limanında radiasiya izləmə sistemi quraşdırıb. Bu sistem dünyanın ən məşğul limanlarından biri olan Yanquşan dərin su limanı vasitəsilə daşınan yükləri yoxlamağa imkan yaradacaq. Əsasən ABŞ-ın təşəbbüsü ilə 2015-ci ilədək qlobal daşınmanın təxminən 50 faizinə nəzarət etmək məqsədi ilə dünyanın 100 ən böyük limanı müvafiq avadanlıqla təmin ediləcək. Sistemin açılış mərasimində ABŞ Milli Nüvə Təhlükəsizlik Administrasiyasının rəhbəri Tomas Daqustino nüvə terroçuluğuna qarşı mübarizədə səylərinə görə Çin hökumətini alqışlayıb.

XS
SM
MD
LG