Accessibility links

Dünyada nüvə silahının azalması uğrunda mübarizə (audio)


Dünyada nüvə silahının azalması uğrunda mübarizə (audio)
Dünyada nüvə silahının azalması uğrunda mübarizə (audio)

Ölkələrin yeni silah növlərinə investisiya qoyduqları bir vaxtda nüvə silahının qarşısının bu yaxınlarda alınması çətin ki, baş tutsun. Stokolmda qərargahlanan, daha çox SIPRI kimi tanınan tədqiqat qrupu gələcək haqda gözləntilərin elə də pis olmadığını deyir. Yaxşı xəbər odur ki, dünya üzrə 70 min nüvə silahı olan soyuq müharibə dövrünə nisbətdə ümumi arsenal və nüvə silahlarının sayı hal-hazırda azalıb.

SIPRI-nin hesablamalarına görə ABŞ və Rusiya arasında ötən il imzalanan STAR razılaşmasının köməyi ilə indi dünyada 20 minə yaxın nüvə silahı var. Lakin SIPRI-nin Silah və Qeyri-Proliferasiya proqramının rəhbəri Şanon Kil pis xəbərlərin də olduğunu deyir. O, deyir ki, dünyada nüvə silahına icazəsi olan ölkələr, ərazilərinin təhlükəsizliyinin bir hissəsi kimi nüvə silahını uzun müddət saxlamaq fikrindədirlər.

Şanon Kil: `Onlar modernizasiya proqramlarını həyata keçiriblər, ya da bu proqramları həyata keçirəcəklərini elan ediblər. ABŞ-a gəldikdə isə vaxt çərçivəsi on illər gələcəyə gedib çıxır. Ona görə də baxmayaraq ki, arsenalın sayı azalır, nüvə silahının aradan qaldırılmasının hələ uzun müddət baş tutmayacağı aydındır.`

SIPRI-nin hesabatında deyilir ki, dünya üzrə 5000-dən çox nüvə silahı istifadə üçün hazırdır. ABŞ və Rusiya demək olar ki, ən çox nüvə silah təchizatı olan iki ölkədir. 2011-ci ilin yanvar ayında Rusiya 11000, Birləşmiş Ştatlar isə 8500 nüvə silahına malik idilər, və bu ölkələrin hər biri 2000-dən çox nüvə ezam etmişlər. Dünya uzrə beş qanuni nüvə silahlı ölkə var. Bu ölkələrə ABŞ, Rusiya, Fransa, Britaniya və Çin daxildirlər. Hindistan, Pakistan və İsraildə, hətta yəqin ki, Şimali Koreyada da nüvə silahı var. Kil bu ölkələrin əsasən də Cənubi Asiya ölkələrinin narahatlığa səbəb olduğunu deyib.

Şanon Kil: `Hindistan və Pakistan nüvə slahlarını artırmaq üçün bir biri ilə yarışırlar. Onlar nüvə silahı hazırlamaq üçün materiallar istehsal edirlər, və nüvə silahının atılması sisteminin məsafəsini və növlərini artırmaq üçün işlər görürlər.`

Dan Pleşçi Şərq və Afrika elmləri üzrə London məktəbində Beynəlxalq Elmlər və Diplomasiya üzrə mərkəzin rəhbəridir. O da Cənubi Asiyada vəziyyətin təhlükəli olduğunu bildirir. O deyir ki, Hindistanla Pakistan arasında nüvə müharibəsi planet üçün müsibətli ola bilər. Partlayılar nəticəsində toz planet boyu günəş işığının qarşısını ala bilər və məhsulun məhv olması nəticəsində bir milyondan çox insan acından ölə bilər. Birləşmiş Ştatlar müharibə zamanı nüvə silahından istifadə etmiş yeganə ölkədir. ABŞ-ın İkinci Dünya Müharibəsi zamanı Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərini bombardman etməsi 200 minə qədər insanın ölümünə səbəb olmuşdu.

XS
SM
MD
LG