Accessibility links

Dünyada QİÇS-ə yoluxanları sayı azalıb [Video]


Dünyada QİÇS-ə yoluxanların sayı azalıb
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Dünyada QİÇS-ə yoluxanların sayı azalıb

Beynəlxalq QİÇS Konfransı iyulun 18-dən 22-dək keçiriləcək. Şübhəsiz bu səhədə indiyədək əldə olunmuş ən böyük nailiyyət QİÇS-in artıq insanlar üçün mütləq ölüm demək olmamasıdır. Belə ki, xəstəliyə düçar olmuş insanlar düzgün müalicə olunsa, bu sadəcə xronik, ancaq idarə oluna bilər xəstəliyə çevrilə bilər.

İnsanlar HİV analizini bir neçə səbəbdən verməli olur. Hazırda bu, nəticəni əldə etmək üçün cəmi 5 dəqiqə alan sadə analizdir.

Riqo: "Bu, çox mühümdür, çünki heç kəs tərəfdaşının nələrdən keçdiyini bilmir".

Mariya: "Mənim üçün HİV analizi vermək çox vacibdir, çünki biz ailəmizin və dostlarımızın qayğısına qalmalıyıq. Bilməsək, öz sevdiklərimizi buna yoluxdurmadığımızı necə biləcəyik? Ailə sevgisi üçün bu çox mühümdür".

HİV və QİÇS müalicə oluna və onun qarşısı alına bilər. Virusa yoluxanlar müalicə kursunda olsalar, normal həyatlarını yaşayar. Müalicə HIV-ə yoluxmaq təhlükəsində olanları sağalda bilər. ABŞ cəmiyyətinin böyük bir seqmentində QİÇS-in sayı xeyli azalıb. Bunu Xəstəliklərə Nəzarət Mərkəzindən həkim Tom Frieden Amerikanın Səsinə Skype vasitəsilə açıqlaması zamanı deyib: "Azalma xüsusilə heteroseksuallarda daha çox hiss olunub – təxminən 80 faiz. Digər böyük azalma iynə istifadəçilərində olub. Ancaq kişilərlə cinsi əlaqədə olan gənc kişilər arasında HIV virusunun artdığı görünür".

Ciddi təhlükə qarşısında olanlar əsasən Hispaniklər və Afro-Amerikalılardır.

"Uşaq dünyaya gətirmə yaşında olan gənc qadınlar, qey və biseksual Latino kişilər ən ciddi təhlükə qarşısındadır. Oxşar tendensiya Afro-Amerikalılar arasında da müşahidə edilir… Elə bu iki qrup həm də ən çox HIV-dən QİÇS-ə keçmək riski ilə üzləşən qrupdur" - Nova Saluddan Rodni Makkoy bildirir.

Nova Salud insanlara HIV/QİÇS-ə yoluxmağın qarşısının alınmasını öyrədir və artıq yoluxanlara kömək edir: "İlk addım virusun olduğunu etiraf etməkdir"

Bütün dünyada diaqnoz müalicənin bir hissəsi kimi baş tutur. Ancaq ekspertlər deyir ki, diaqnoz müntəzəm yoxlamada müəyyən olunmalıdır.

Rodni Makkoy: "Xolesterol və ya qan təzyiqi üçün qan alanizi verirsinizsə, nə üçün o analizə HIV də əlavə olunmasın?".

Qlobal məqsəd HIV-ə yoluxduğunu bilənlərin faizinin 90 faizə çatması, onların da 90 faizinin müalicə oluna bilməsi və ən əsası müalicə nəticəsində 90 faizin qanında virusun aşkar olunmaz səviyyəyədək azaldılmasıdır. Bu nəzəriyyə ilə QİÇS epidemiyasını 2030-cu ilədək qlobal ictimai səhiyyə təhlükəsi olmaqdan çıxarmaq olar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG