Accessibility links

Dünyanın 20 ən qüdrətli iqtisadiyyatlarının maliyyə rəsmiləri Parisdə görüşəcəklər


Dünyanın 20 ən qüdrətli iqtisadiyyatlarının maliyyə rəsmiləri Parisdə görüşəcəklər

Dünyanın 20 ən qüdrətli iqtisadiyyatlarının maliyyə rəsmiləri Parisdə görüşəcəklər

Görüşdə nazirlər yeni maliyyə böhranı yarada biləcək balans pozuntusunu ölçmək yollarını müzakirə edəcəklər

Dünyanın 20 ən qüdrətli iqtisadiyyatlarının maliyyə rəsmiləri qlobal iqtisadiyyatda balansın pozulmasını müzakirə etmək məqsədi ilə Parisdə görüşəcəklər.

Bu gün başlamış və iki gün davam edəcək görüşdə nazirlər yeni maliyyə böhranı yarada biləcək balans pozuntusunu ölçmək yollarını müzakirə edəcəklər.

Fransanın maliyyə naziri Kristin Laqardın sözlərinə görə məsələyə dair müzakirələrin qızğın keçəcəyi gözlənilir. Ona görə ki, bəzi ölkələr bu və ya digər prosedurlara əməl etmək istəməyəcəklər.

Laqard deyib ki, bu prosedurların həyata keçirilməsinə dair razılığın əldə olunması irəli atılan böyük addım olacaq.

XS
SM
MD
LG