Accessibility links

Dünyanın 80-dən çox tanınmış insanı Səkinə Aştiyaninin azadlığa buraxılmasını tələb edir


Dünyanın 80-dən çox tanınmış insanı Səkinə Aştiyaninin azadlığa buraxılmasını tələb edir

Dünyanın 80-dən çox tanınmış insanı Səkinə Aştiyaninin azadlığa buraxılmasını tələb edir

Səkinə Aştianinin azadlığını tələb edənlər arasında xarici işlər nazirləri, siyasi partiya rəhbərləri, Nobel mükafatı laureatı, yazıçılar, Hollivud ulduzları, müğənnilər var

Dekabrın 12-də dünyanın 80-dən çox tanınmış adamı İranın dini rəhbəri ayətullah Əli Xamneyi və prezident Mahmud Əhmədinejada açıq məktub yazaraq həbsdə saxlanan azərbaycanlı qadın Səkinə Məhəmmədi Aştiyaninin azadlığa buraxılmasını tələb edib.

“Media forum” saytının məlumatına görə, dekabrın 12-də “Times” qəzetində dərc olunan məktubu imzalayanlar arasında Avropa Birliyinin xarici işlər naziri Ketrin Eşton, Böyük Britaniya Leyboristlər Partiyasının rəhbəri Edvard Milibend, Paris meri Bertlan Dlanue, Fransanın keçmiş xarici işlər naziri Bernar Kuşner, 1986-ci il Nobel mükafatı laureatı, nigeriyalı yazıçı Vole Şoyinka, britaniyalı yazıçı Hovard Cekobson, britaniyalı müğənni Stinq və Hollivud ulduzları Robert Redford, Robert de Niro və Miyafaronun adları var.

Məktubda Səkinə xanımla birlikdə oğlu Səccad Qadirzadə və vəkili Cavid Hutən Kiyanın da azadlığa buraxılması tələb olunur.

Səkinə Aştiyani Təbrizdəndir. O, əri qətlə yetiriləndən sonra iki kişi ilə zina etməkdə günahlandırılaraq 2005-ci ildə tutulub. Sonradan Aştiyaniyə yeni iş açılıb. O, ərinin qətlində iştirakda və onun sağlığında da zina etməkdə günahlandırılıb daşqalaq yolu ilə edama məhkum olunub.

XS
SM
MD
LG