Accessibility links

Düşən neft qiyməti Yaxın Şərqdəki geo-siyasəti dəyişdirir [Təhlil]


Neft qiymətinin düşməsi təkcə maliyyə bazarlarında deyil, neft istehsal edən ölkələrdə də çaxnaşma yaradıb. Qiymətin düşməsi hazırda müharibələrin getdiyi Yaxın Şərqin dəyişkən geo-siyasətini yenidən şəkilləndirə bilər.

Neft qiyməti Səudiyyə Ərəbistanı, İran, Əlcəzair və dövlət büdcəsinin azaldığı, əhalisinin və tələbatların isə artdığı ölkələrə böyük təsir göstərəcək.
Pol Salem

“Neft qiyməti Səudiyyə Ərəbistanı, İran, Əlcəzair və dövlət büdcəsinin azaldığı, əhalisinin və tələbatların isə artdığı ölkələrə böyük təsir göstərəcək,” deyə Vaşinqtonda fəaliyyət göstərən Yaxın Şərq İnstitutunun vitse-prezidenti Pol Salem bildirir.

“Mən əminəm ki, bu hal Yaxın Şərqdəki geosiyasəti dəyişdirəcək.”

Onun sözlərinə görə, azalan neft qiymətlətinin böyük siyasi nəticələri olacaq. İranda, məsələn, islahatçılar diqqəti iqtisadiyyatı təkmilləşdirmək üzərinə yönəldiblər. Elə bu səbəblə də İran iqtisadi sanksiyaların aradan qaldırılması müqabilində nüvə proqramının məhdudlaşdıracağı üzərində Qərb qüdrətləri ilə razılıq imzalayıb. Tənəzzül edən iqtisadiyyat gələn ay parlament seçkilərinə hazırlaşan islahatçılar və sərt siyasət yürüdənlər arasında mübarizəyə səbəb ola bilər.

“Aşağı neft qymətləri islahatçıları insanlara iqtisadiyyatın təkmilləşriilməsi ilə bağlı nə isə irəli sürməyə vadar edir,” deyə Salem bildirir.

Bir barrel neftin qiymətinin 30 dollardan aşağı düşməsindən öncə belə Səudiyyə Ərəbistanının şahzadələri yüksək riski olan strategiya üzərində plan qurmağa başlayıblar. Bu strategiyaya əsasən onlar körfəzin böyük neft gəlirindən asılılığını azaltmaq və düşən neft qiymətləri ilə ayaqlaşmaq üçün yeni iqtisadi dəyişiklilər həyata keçirəcəklər.

Ötən həftə Kral Salmanın 30 yaşlı oğlu Məhəmməd ibn Salman The Economist jurnalına büdcə kəsirini azaltmaq məqsədilə maliyyə konsolidasiyası və özəlləşdirmə, habelə ölkəni müasirləşdirməklə bağlı planını içıqlayıb. Ötən il Səudiyyə Ərəbistanının büdcə kəsiri ümumidaxili məhsulun 15 faizini təşkil edib.

Məqsəd gələn beş il ərzində büdcə kəsirini aradan qaldırmaqdır. Ölçülərə milli neft şirkəti olan Saudi Aramco-nun aksiyalarını satmaq da daxil ola bilər.

Aşağı neft qymətləri islahatçıları insanlara iqtisadiyyatın təkmilləşriilməsi ilə bağlı nə isə irəli sürməyə vadar edir.
Pol Salem

Plan çərçivəsində pulsuz təhsil və səhiyyə xidmətləri ləğv olunacaq. Bundan əlavə kommunal xidmətlərə verilən subsidiyaların ləğvi ilə yanaşı xarici sərmayə təşviq ediləcək.

Ötən ilin son kvartalında dövlət xərclərinin azalması büdcə kəsirinin ÜDM-nin 20 faizinədək qalxmasının qarşısını aldı. 2007-ci ildən bəri ilk dəfədir ki, dövlət xərcləri azaldılıb. Amma Salemin sözlərinə görə, sahibkarlıqla məşğul olmaq da riskli olacaq.

Hakim Səud ailəsi hakimiyyəti sıx təhlükəsizlik tədbirləri və səxavətilə əlində saxlaya bilib. Kral ailəsi ictimai dəstəyi qazanmaq və müxalifəti susdurmaq üçün dövlət xərclərini yüksək saxlayıb.

“Bir sözlə, onlar iqtisadi qənaət tədbirlərini elan ediblər,” deyə Salem bildirir. Onun sözlərinə görə, Səud ailəsini sünni və şiə tənqidçilərinin edamı da “kəmər-sıxma tədbirləri” ilə əlaqəlidir. “Onlar əleyhdarlarına müxalifətə qarşı çox sərt tədbirlər görəcəkləri barədə xəbərdarlıq etmək istəyirlər,” deyə o bildirir.

İŞİD yaraqlıları
İŞİD yaraqlıları

Neft qiymətinin qəfil düşməsi Səudiyyə şahsadələrinə yardım etməyəcək. Səudiyyə Ərəbistanı Monetar Agentliyinin verdiyi məlumata əsasən, onların arxalanacağı pul vəsaitləri, yəni 650 milyard dəyərində xarici ehtiyatları var. Lakin krallıq təkcə ötən il ərzində elə 100 milyard dollar xərcləyib.

Eyni zamanda müdafiə və təhlükəsizlik xərcləri də artıb və dövlət xərclərinin dörddə birini təşkil edir. Səuddiyə Ərəbistanı Suriya və Yəməndə iddası olan İrana, ölkə daxilində isə Səud ailəsini ABŞ və Qərb kimi düşmən kimi görən şiə təşviqatçıları və sünni cihadçılara qarşı mübarizə aparır.

Demokratiyaların Müdafiəsi Fondundan təhlilçi David Weinberg inanır ki, Səudiyyə Ərəbistanı, Qatar və Birləşmiş Ərəb Əmirlikləri neft gəlirlərinin azalmasına tab gətirə biləcək.

Onlar əleyhdarlarına müxalifətə qarşı çox sərt tədbirlər görəcəkləri barədə xəbərdarlıq etmək istəyirlər.
Pol Salem

“Təbii ki, onlar bundan zərər çəkir, amma ən azından onların nəhəng maliyyə ehiyyatları, milyardlarla dollar pulları və ən əsası bazarları var,” deyə o bildirir.

Ərəb Körfəz ölkələrinin Suriya üsyançılarına maliyyə yardımını dayandıracaqlarına dair spekulyasiyalar mövcuddur.

Çərşənbə axşamı Qatarın al-Jazeera xəbər kanalı ABŞ-dakı ofisini bağlayacağını elan edib. Şirkətin sözçüsü bunun düşən neft qiymətləri ilə əlaqəli olduğunu rədd edib, ancaq Qatar rəsmiləri Amerikanın Səsinə bildirib ki, neft və mayeləşdirilmiş təbii qaz gəlirlərinin azalması “bəzi qərarların alınmasına gətirib çıxarıb.”

Lakin Weinberg Ərəb Körfəz ölkələrinin Suriya üsyançılarına maliyə yardımını dayandıracaqlarına inanmır. “Onların bunu etməyə meyli yoxdur,” deyə o bildirib. Əksinə, o iddia edir ki, düşən neft qiyməti suriyalı üsyançılara yardım edər, çünki bu hal Rusiya və İran kimi Suriyanın xarici dəstəkçilərini çətin maliyyə vəziyyətinə salır. “Bu isə Əsəd rejiminin sülh prosesində indiyə qədər etmədiyi güzəştlərə getməsinə gətirib çıxara bilər,” deyə o əlavə edir.

Dubay, BƏƏ
Dubay, BƏƏ

Weinbergin fikrincə isə düşən neft qiyməti eyni zamanda İslam Dövləti yaraqlı qrupuna da böyük təsir göstərəcək, çünki İŞİD Suriya və İraqda nəzarət etdiyi neft yataqlarından qaçaqmalçılıq yolu ilə satdığı neft gəlirindən asılıdır. “Aşağı qiymət İslam Dövlətinin neft gəlirlərini məhdudlaşdırır,” deyə o bildirir.

Bundan əlavə İŞİD-in düşmənləri, yəni İraq kürdləri və Bağdad höküməti də neftin qiymətinin düşməsindən təsirləniblər.

Çərşənbə axşamı İraqın neft istehsal edən Kürdistan regionun maliyyə naziri Məsrur Barzani xəbərdarlıq edib ki, iqtisadi təzyiqlər yarı-muxtar regionun dövlət işçilrinə maaş ödəməsini və Peşmərgə döyüşçülərini maliyyələşdirməsini çətinləşdirir.

O deyib ki, Qərb İslam Dövləti yaraqlılarına qarşı müharibənin xərclərinin daha böyük hissəsini üzərinə götürməlidir. Eyni fikri neft gəlirlərindən asılı olan İraq höküməti də səsləndirib.

XS
SM
MD
LG