Accessibility links

Amerika artistləri Kennedy Mərkəzində mükafatlandırıldı [Foto-qalereya]


Dünyanın bir neçə incəsənət ustası bazar günü axşam Con Kennedi Mərkəzi tərəfindənAmerika mədəniyyətinəverdikləri tövhələrə görə mükafata layiq görülüb.

Bu il Kennedi Mərkəzinin fəxri mükafatı ilə təltif edilənlər arasında blyuz gitar ifaçısı Baddi Qay, Oskar mükafatı laureatı, aktyor Dastin Hoffman, Late-Night tok şousunun aparıcısı Deyvid Lettermen, əslən Rusiyalı ballerina Nataliya Makarova və Britaniya rok qrupu Led Zeppelin daxildir.

ABŞ prezidenti Barak Obama və birinici xanım Mişel Obama Kennedi Mərkəzində keçirilən mərasimdə iştirak edib.

Bazar günü səhər prezident və onun xanımı Ağ Evdə qaliblərin şərəfinə ziyafət verib. Ziyafətdə cənab Obama sənətkarların insanları həyatda baş verənlərə başqa gözlə baxmağa və dünyadakı gözəllləri qiymətləndirilməyə ruhlandırdığını deyib.
XS
SM
MD
LG