Accessibility links

Duterte Obamanın əlini sıxıb


Prezident Barak Obama bildirib ki, Filippin lideri Rodriqo Duterte sözləri ABŞ-ın Filippin xalqı ilə əlaqələrinə heç bir təsir göstərməyəcək.

Laosda keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası - ASEAN sammitindən sonra Obama deyib ki, o, şam ziyafəti zamanı yaşanmış qısa təmas vaxtı Duterteyə əl verib.

Duterte Obamanın ünvanın nalayiq sözlər işlədəndən sonra Ağ Ev prezident Obamanın onunla görüşünü ləğv etmişdi.

Duterte həftənin əvvəlində açıqladığı bəyanatda Obamaya qarşı təhqiramiz ifadələrinə görə təəssüf hissi keçirdiyini bildirib.

Duterte bu ilin iyun ayında prezident səlahiyyətlərinin icrasına başlayandan bəri zorakı basqılar nəticəsində 2000-dən çox insan öldürülüb.

Prezidentlik kampaniyasında qeyri-qanuni narkotik fəaliyyətlərinə son qoyacağını vəd edən Duterte ölüm hallarını müdafiə edərək bildirib ki, o, prezidentin seçicilərinin istəklərini həyata keçirir. Ölüm halları beynəlxalq insan haqları təşkilatlarının sərt tənqidlərinə məruz qalıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG