Accessibility links

Düzgün nəfəs almamaq uşaqlarda yuxusuzluğa səbəb olur (Audio)

  • Nərminə Cəlalqızı

Son araşdırmalar çox zaman uşaqların yatarkən düzgün nəfəs almadıqlarını göstərib

İnsanlar yatarkən avtomatik nəfəs almalıdır. Bəzən isə nəfəsdə narahatlıqlar olur ki, bu, səhəri gün əzginliyə səbəb olur. Son araşdırmalar çox zaman uşaqların yatarkən düzgün nəfəs almadıqlarını göstərib. Bunun isə çox ciddi problemlərə gətirib çıxara biləcəyi deyilir.

Yuxunun pozulmasına düzgün nəfəs almamaq və xoruldamaq kimi problemlər səbəb ola bilər. Araşdırmalar hər 10 uşaqdan birində xoruldamaq səbəbindən yuxu problemləri olduğunu göstərib. Son araşdırmalar zamanı valideynlərdən uşaqlarının yeni doğulandan 6 yaşadək, bəzilərindən isə 4 yaşından 7 yaşadək tənəffüsləri barədə məlumat alınıb.

Araşdırmalar Nyu-York şəhərindəli Yeşiva universitetinin Eynşteyn kollecindən Karen Bonukun başçılığı ilə aparılıb. “Araşdırmaların nəticələri yuxusuzluğun 50 faizi nevroloji problemlər səbəbindəndir.” deyə, Karen Bomuk bildirir.

Nevroloji problemlər isə uşaqlarda həddən-artıq aktivlik, aqressivlik və ya digər uşaqlarla yola getməmək kimi problemlərə yol açır.

Karen Bonuk yuxu problemlərinin əsas səbəbinin tənəffüs olduğunu desə də, davranışın da buna səbəb ola bildiyini deyir. “Biz nə aşkar etdik, biz çox sayda uşaqda çox pis simptomların olduğunu aşkar etdik.”

Bu, yuxunun uşaqların davranışı ilə əlaqəsinə dair ilk araşdırma deyil, Lakin 11 minə yaxın uşaq üzərində aparılan bu araşdırma digər problemləri istisna etmək üçün kifayət edib.

XS
SM
MD
LG