Accessibility links

Dəyirmi Masa: ABŞ-Azərbaycan münasibətləri


Dəyirmi Masa: ABŞ-Azərbaycan münasibətləri

Dəyirmi Masa: ABŞ-Azərbaycan münasibətləri

Söhbətimizin qonağı Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadədir

ABŞ Dövlət Katibi Hillari Klinton Polşa, Ukrayna və Cənubi Qafqazı əhatə edəcək səfər yola düşüb. 1990-cı illərin əvvəlindən bəri ilk dəfə olaraq Amerikanın dövlət katibi rəsmisi Bakıya gəlir. Müşahidəçilər xanım Klintonun Azərbaycana səfərinin əhəmiyyətini qeyd edir və onu diqqətlə izləyirlər. ABŞ-Azərbaycan münasibətləri mövzusunda diskussiya aparmaq üçün bu günkü dəyirmi masa söhbətimizə Vaşinqtonda səfərdə olan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadəni dəvət etdik.

Cənab Mollazadə son aylarda ABŞ-ın Cənubi Qafqaz regionundakı mövcudiyyətini azaltdığını diqqətə çəkdi. Onun sözlərinə görə Barak Obama administrasiyasının daxili məsələləri prioritet elan etməsi və Rusiya ilə münasibətləri bərpa etmək cəhdləri nisbətən kiçik dövlətləri diqqətdən kənarda qoyub. Bu, isə tərəflərin mənafelərinə xidmət etmir. Onun sözlərinə görə ABŞ-ın regiondakı iqtisadi layihələrə dəstəyi və Dağlıq Qarabağ məsələsində aktiv vasitəçiliyinə ciddi ehtiyac hiss olunur. O, ümidvar olduğunu bildirdi ki, ABŞ müdafiə naziri Robert Geytsin səfərinin ardınca dövlət katibi Hillari Klintonun ölkəyə gəlişi münasibətlərin yeni startına təkan verəcək.

ABŞ dövlət katibi ilə Azərbaycan rəhbərliyi arasında müzakirə oluna biləcək mövzulara toxunan Asim Mollazadə Dağlıq Qarabağ məsələsinin gündəmdə başlıca yer alacağına ümid bəslədiyini bildirdi. Bu səfərdə ölkələr arsındakı enerji əlaqələrinin inkişafına dair anlaşmanı mühüm hesab edən cənab Mollzadə iki ölkənin bir-biri ilə strateji əməkdaş olduğunu vurğuladı. “Azərbaycan Amerika ilə anti-terror koalisiyasında iştirak edib. Azərbaycan hərbi qulluqçuları İraqda və Əfqanıstanda fəaliyyət göstərib,” deyə cənab Mollazadə bildirdi. Millət vəkili əlavə etdi ki, o, xanım Klintonun səfəri əsnasında Azərbaycanda demokratik inkişaf və sivil cəmiyyət quruculuğuna yardım işləri barədə diskussiyaların aparılacağını güman edir.

XS
SM
MD
LG