Accessibility links

Dəyirmi Masa: ABŞ-Azərbaycan münasibətlərində gərginlik

  • Asgar Asgarov

Dəyirmi Masa: ABŞ-Azərbaycan münasibətlərində gərginlik

Dəyirmi Masa: ABŞ-Azərbaycan münasibətlərində gərginlik

Gürcüstan və Ermənistan liderlərindən fərqli olaraq Prezident İlham Əliyevin Vaşinqtonda təşkil edilən nüvə təhlükəsizliyi sammitinə dəvət olunmamasından sonra prezident administrasiyasının yüksək rütbəli müşaviri Əli Həsənov bəyanat verərək Amerikanı Dağllıq Qarabağ münaqişəsinin nizamlanmasında qərəzli mövqe tutduğunu bildirdi.

Son aylarda Azərbaycanla-ABŞ arasındakı münasibətlərdə sezilən gərginlik daha açıq müstəviyə keçib. Gürcüstan və Ermənistan liderlərindən fərqli olaraq Prezident İlham Əliyevin Vaşinqtonda təşkil edilən nüvə təhlükəsizliyi sammitinə dəvət olunmamasından sonra prezident administrasiyasının yüksək rütbəli müşaviri Əli Həsənov bəyanat verərək Amerikanı Dağllıq Qarabağ münaqişəsinin nizamlanmasında qərəzli mövqe tutduğunu bildirdi. Bunun ardınca isə rəsmi Bakı ABŞ-la planlaşdırılmış hərbi təlimləri təxirə saldı. Yaranan gərginliyi müzakirə etmək üçün bu günkü dəyirmi masa söhbətimizə müstəqil politoloqlar Zəfər Quliyev və Ərəstun Oruclunu dəvət etmişik.

Azərbaycan-ABŞ münasibətlərinin ümumi durumunu şərh edən Ərəstun Oruclu diqqəti Azərbaycan rəsmilərinin son günlərdə verdiyi bəyanatlara çəkdi. Onun sözlərinə görə rəsmi Bakı hazırda ABŞ-I Dağlıq Qarabağ məsələsində qərzəli mövqe sərgiləməkdə ittiham edir. O biri tərəfdən ABŞ-a qarşı kampaniya prezident İlham Əliyevin Novruz bayramı zamanı verdiyi çıxışda “heç bir ölkənin Azərbaycanın daxili işlərinə qarışmasına” imkan verilməyəcəyini deməsindən sonra start götürdü. Aydın idi ki, bununla Azərbaycan prezidenti demokratiya və insan hüquqları ilə bağlı onun hökumətinə yönələn təzyiqləri nəzərdə tuturdu.

Ərəstun Oruclu indiyədək ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli mövqe sərgiləməsinə dair ortada dəlilin olmadığını bildirdi. Politoloq əlavə etdi ki, Azərbaycan hökuməti Qarabağ kartından istifadə edərək Obama administrasiya ilə yaranmış situasiyada öz hərəkətlərinə bəraət qazandırmağa çalışır. Fakt isə budur ki, avtoritar mahiyyətli Azərbaycan hökumətinin ABŞ-la bağlı konkret strategiyası yoxdur və olmayıb. Cənab Oruclu onu da əlavə etdi ki, Azərbaycan xalqı Əliyev hökumətinin Qarabağ məsələsindən sui istifadəsinə aldanmayacaq. “Hakimiyyət Qarabağ kartından istifadə etməklə xalqı öz ətrafında toparlamaq istəyir, lakin heç bu da alınmayacaq, çünki Azərbaycan hakimiyyətinə inam çox azdır, güvənc çox azdır,” deyə cənab Oruclu bildirdi. ABŞ Dövlət Katibinin sabiq yardımçısı Deyvid Kramerin Azərbaycanda situasiyanın nəzarətdən çıxa biləcəyi haqda dedikləri ilə razılaşdığını bildirən politoloq ölkədə demokratik islahatların mühümlüyünü vurğuladı.

TURAN İnformasiya Agentliyinin siyasi şərhçisi Zəfər Quliyev ABŞ-Azərbaycan problemlərinin Rusiyanın Gürcüstana hərbi müdaxilə etdiyi 2007-ci ilin avqustundan sonra başladığını bildirdi. Həmin münaqişədən sonra Azərbaycan geosiyasi orientasiyasını qeyri-müəyyən istiqamətə yönəltdi. Rusiya ilə müəyyən yaxınlaşma müşahidə olundu. Zəfər Quliyevin sözlərinə görə Azərbaycan hakimiyyətinin nümayəndələri özlərini Moskvada adətən daha rahat hiss ediblər. 2007-ci ildən bəri Vaşinqton tələb edir ki, Azərbaycan İranın nüvə proqramı, NABUKKO və başqa regional məsələlərdə mövqeyini açıqlasın. Azərbaycan rəsmiləri isə seçim etməkdə tərəddüd göstərirlər.

XS
SM
MD
LG