Accessibility links

Dəyirmi masa: Azərbaycanda iqtisadi durum


Dəyirmi masa: Azərbaycanda iqtisadi durum
Dəyirmi masa: Azərbaycanda iqtisadi durum

İqtisadi Araşdırma Mərkəzinin rəhbəri Qubad İbadoğlu və İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehdiyev Azərbaycanda iqtisadi durum, işsizlik, maaş və qiymət artımı arasında mütənasiblik, işçi qüvvəsi axını və digər məsələlərə dair sulları cavablandırıb

İqtisadi Araşdırma Mərkəzinin rəhbəri Qubad İbadoğlu Azərbaycanda 2008-ci ildə işsizlərin sayının 447 min təşkil etdiyini və 2009-cu ildə bağlanan iş yerlərinin sayının 9 min olduğunu, başqa sözlə,bağlanan iş yerlərinin sayında 3 dəfə artım qeydə alındığını bildirib.İqtisadçının dediyinə görə, Azərbaycanda işsizlik səviyyəsinin artdığına dair kifayət qədər güclü arqumentlər var.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehdiyev işçi qüvvəsi, yəni işləməyə qadır insanların iş sorağında xarici ölkələrə, xüsusilə Rusiyaya üz tutmasını belə izah edir:”İş yerlərinin olmaması ölkənin kənd əhalisinin böyük əksərıiyyətinin xarici ölkələrə axışına səbəb olub.Ölkədəki iqtisadi canlama bir müddət bu axının qarşısını almışdı. Lakin qlobal iqtisadi böhran səbəbi ilə işçilərin miqrasiyası güclənməyə başlayıb.”

İqtisadi Araşdırma Mərkəzinin rəhbəri Qubad İbadoğlu minimal əmək haqqı səviyyəsi və pensiyaların minimal bazalarının son iki ildə artırılmasığını qeyd edib. İqtisadçı minimum gəlirlə Azərbaycanda yaşamağın qeyri-mümkün olduğunu bildirib. “Hesab edirəm ki, gəlirlərin azlığı, gəlirlər arasında qeyri-ədalətli və qeyri-bərabər bölgü Azərbaycanda kifayət qədər ciddi sosial bərabərsizlik problemi yaradıb.”

XS
SM
MD
LG