Accessibility links

Dəyirmi Masa: Azərbaycanda iranlı qaçqınların problemləri

  • Bulut Mehmandarli

Dəyirmi Masa: Azərbaycanda iranlı qaçqınların problemləri

Dəyirmi Masa: Azərbaycanda iranlı qaçqınların problemləri

Bir qrup iranlı qaçqın qərb ölkələrinə getmələrinə imkan yaradılması xahişi ilə Azərbaycan prezidentinə Milli Məclisin spikerinə və BMTQAK-nın Bakı ofisinə müraciət ediblər. (Dinləyin)

Azərbaycandakı iranlı qaçqınların bir hissəsi vəziyyətlərindən olduqca narazıdır.Onlar Azərbaycan hökumətinin imkanları daxilində yaratdığı şəraitə görə minnətdarlıq bildirsələr də, müxtəlif səbəblərdən Azərbaycandan başqa ölkələrə getmək istəyirlər. Belə mühacir-qaçqınlardan biri Rəhim Cavadbeyli bu yaxınlarda “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, Azərbaycanda qalmamaq və İranlı və ya İran Azərbaycanından olan qaçqınların vəziyyətinə düşməmək üçün bir il yarım bu ölkədə yaşamaq hüququ verən sertifikatı almaqdan imtina edib. O, səbəb kimi Azərbaycan hökumətinin verdiyi sertifikatın işləmək, əmlak sahibi olmaq və başqa hüquqlarla təmin etmədiyini göstərib. “Bu sertifikat hətta telefon nömrəsi almaq hüququ belə vermir”- deyə o bildirib.

Cənab Cavadbəyli Azərbaycanda qalmaq istəməməsinin səbəblərindən biri kimi təhlükəsizlik məsələsinə də toxunur. O deyir ki, “Azərbaycan siyasi qaçqınları qorumaq iqtidarında deyil. Qaçqın və onun ailəsi isə ehtimal edilən hücumlardan qoruna bilməz. Bu problemlər Azərbaycanda İrandan olan başqa qaçqınlara da aiddir”.

Rəhim Cavadbəyli sübut kimi Azərbaycanda qaldığı evin yandırıldığını, hadisə nəticəsində bədəninin bir hissəsinin yandığını bütün bu dediklərini sənədlərlə sübut edə biləcəyini qeyd edib. Onun məlumatına görə, İranlı qaçqınlar təşkilatlanmağa başlayıb və BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının nəzdində qrup yaradıblar. İranlı qaçqınlar həmçinin qərb ölkələrinə getmələrinə imkan yaradılması xahişi ilə Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədova, BMT-nin Qaçqınlar üzrə Ali Kommissarlığının Bakı nümayəndəliyinə məktub göndərib.

Dəyirmi masa söhbətinin iştirakçısı Azərbaycan Miqrasiya Mərkəzinin hüquqşünası, Günel Quliyeva yuxarıda sadalanan şikayətlərlə əlaqədar olaraq deyib ki, Azərbaycanın qaçqın və miqrantlar barədə qanunları olduqca sərtdir. Ölkəyə qaçqın axınının qarşısını almaq üçün buraya gələn xarici ölkə vətəndaşlarına miqrantlıq və ya qaçqınlıq statusu çox çətinliklə və nadir hallarda verilir. O deyir ki, “İrandan olan şəxslər isə daha çox BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının verdiyi sənədlə yaşayır. Onlara da qaçqın statusu deyil və sadəcə himayə statusu adlandırılan bir sənəd verilir. Əslində bu sənəd Azərbaycan tərəfindən tanınan sənəd deyil”.

Hüquqi Dövlət Araşdırmaları Fondunun prezidenti Müzəffər Baxışov da Azərbaycandakı İranlı qaçqınlarla bağlı problemlərin mövcud olduğunu və qanunvericiliyin mühacir və qaçqınlıq statusu ilə əlaqədar qaydalarının daha da sərtləşdirildiyini təstiqləyir. O, eyni zamanda qeyd edib ki, Azərbaycan konstitusiyası şəxslərə siyasi sığınacaq verilməsi barədə beynəlxalq qaydaları tanıyır və müvafiq qanunvericiliyə əsasən ölkədə bu hüquqla bağlı müraciətlərə Azərbaycan Miqrasiya Xidməti baxır. Bu xidmət qaçqınlarla müsahibələr aparır, sənədlərini yoxlayır və onlara qaçqın statusu verilib-verilməməsi barədə qərar qəbul edir.

Cənab Baxışovun sözlərinə görə, Miqrasiya Xidmətinə 2008-ci ildə 100 müraciət edilib və onlardan yanlız biri qəbul olunub. Onun sözlərinə görə, müraciətlər və onların qəbulundakı nisbət 2009 və 2010-cu ildə də 2008-ci ildəki tendensiyaya oxşardır. Cənab Baxışov deyib ki, Miqrasiya idarəsi hətta müsahibələrdə və sənədlərdə qaçqın statusu almaq hüququ olduğu aydın olan İranlıların müraciətlərini çox vaxt rədd edir. Onun dediyinə görə, prezidenti olduğu Hüquqi Dövlət Araşdırmaları Fondu qaçqın statusuna haqqı olan İran vətəndaşları adından Miqrasiyya İdarəsinin qərarının əleyhinə olaraq məhkəmələrə müraciət edib və bütün instansiyalarda məhkəmələr onların etirazlarını rədd edib. “Azərbaycanın bu məsələdə tutduğu mövqe İranla siyasi, mədəni iqtisadi və digər əlaqələrlə bağlı qayğılardan qaynaqlanır. Hesab edirəm ki, Azərbaycan Respublikası bu qayğıların hesabına İran vətəndaşlarına qaçqın statusu verməkdən çəkinməməlidir”.

İranlı qaçqın Əli Süleymani isə Azərbaycan hökumətindən razılığını bildirir və ölkənin İranlı qaçqınlar üçün əlindən gələn köməyi göstərdiyini deyir. O, beş il ərzində status ala bilməsə də, Azərbaycanda qaçqınlara təzyiqlər olduğu barədə iddiaları rədd edir. Ancaq qaçqınların müəyyən çətinliklərlə qarşılaşdığını, status almağın çox nadir və çətin olduğunu qəbul edir. Hazırda Cənab Suleymaninin qızı ABŞ-da yaşayır, amma hələ ki, onun özünə ABŞ-a getmə icazəsi verilməyib. Ailəsi bölünmüş vəziyyətdə olan cənab Süleymani problemin texniki səbəblərə görə baş verdiyini deyir.

XS
SM
MD
LG