Accessibility links

Dəyirmi Masa: BMT-nin İrana qarşı yeni sanksiyaları


Qətnamə Tehrana qarşı BMT-nin silah embarqosunu genişləndirir və İranın bank sektorunu hədəf alır

BMT Təhlükəsizlik Şurası dünən mübahisəli nüvə proqramı ilə bağlı İrana qarşı dördüncü raund sanksiyalar tətbiq edilməsi haqda qərar çıxardı. Şuranın 15 üzvündən 12-si qətnamənin lehinə, Türkiyə və Braziliya isə əleyhinə səs verdi. Yeni sanksiyalara İnqilab Keşikçiləri Qvardiyasının üzvləri də daxil edilməklə, İranın nüvə və ballistik raket fəaliyyətləri ilə əlaqəsi olanlara səyahət qadağaları və maliyyə məhdudiyyətləri daxildir. Qətnamə habelə Tehrana qarşı BMT-nin silah embarqosunu genişləndirir və İranın bank sektorunu hədəf alır. Bu mövzuda diskussiya aparmaq üçün dəyirmi masa söhbətimizə Azərbaycan-Atlantik Assosiasiyasının rəhbəri Sülhəddin Əkbər və Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlını dəvət etdik.

Sanksiyaların praktiki yoxsa daha çox simvolik mahiyyət daşıması haqda sualı cavablandıran Sülhəddin Əkbər hadisələrin artıq ciddi xarakter adığını bildirdi. Onun sözlərinə görə sanksiyaların qəbulunda Çin və Rusiyanın dəstəyini qazanması göstərir ki, ABŞ İranın nüvə ambisiyasının qarşısını almaqda qətidir. “Əgər İran beynəlxalq birliyin tələblərinə əməl etməsə, hadisələr gərginliyin artmasına səbəb olacaq ki, bu da regionda Azərbaycan kimi ölkələr üçün yaxşı heç nə vəd etmir,” deyə cənab Əkbər bildirdi. Araz Aslanlı əlavə etdi ki, ABŞ-ın son sanksiyaları qəbul etdirməsi İranı birmənalı qaydada geri oturtmağa və İslam Respublikasını bir neçə il bundan əvvəlki mövqeyə qaytarmağa hesablanıb. Sanksiyaların sərt mahiyyəti, onların İranın əsas siyasi qurumlarını konkret olaraq hədəf alması bu baxımdan İranın status-kvonu qoruyub saxlamaq cəhdlərinə bir zərbədir.

İranın sanksiyalara cavabını şərh edən İnsafəli Hidayət İran rəhbərliyinin Qərbə qarşı həmişəki ritorikanı işə saldığını deyir. Üzdə İran sanksiyaların ona heç bir təsir göstərməyəcəyini sərgiləməyə çalışır. Lakn həqiqətdə İran vəziyyətin həssas olduğunu dərk edir və gözləmə mövqeyindən çıxış edərək sanksiyaların reallıqda icra mexanimzini izləməyi planlaşdırır.

İrana qarşı sanksiyalarla bağlı səsvermədə Türkiyənin Braziliya ilə bərabər ABŞ-a əks mövqe tutması beynəlxalq müşahidəçilər arasında geniş maraq doğurur. Bir çoxları Rəcəb Təyyib Ərdoğan hökumətinin son illərdə yürütdüyü siyasətin məqsədyönlü şəkildə Türkiyə ilə Qərb arasında yarğan yaranmasına xidmət etməsi qənaətinə gəlməkdədir. Sülhəddin Əkbərin fikrincə Türkiyə dünya siyasətinə daxil olan yeni oyunçunu xatırladır. O, çalışır ki, çəkisinə uyöun beynəlxalq ictimaiyyətdə söz sahibi olsun. Bu üzdən də fələstinlilərə qahmar çıxmaqla Türkiyə İslam dünyasında nüfüzunu genişləndirməyə çalışır. Lakin başlıca məram Türiyənin beynəlxalq proflini qaldırmaqdır. Araz Aslanlı bu fikirlə qismən razılaşdığını bildirərək Soyuq Müharibədən sonra Türkiyənin öz rolunu müəyənləşdirməyə çalışdığını dedi. Bu baxımdan əvvəllər Türkiyə uzaqdakı müttəfiqlərə arxalanaraq sərhədlərindəki düşmənlərini çəkindirmək istiqamətində irəliləyirdi. Lakin Sovet təhlükəsinin aradan qalxması və Qərbin dəstəyinə olan ehtiyacın azalması Türkiyə rəhbərliyində özünəinam hissini gücləndirib və rəsmi Ankara buna müvafiq olaraq xarici siyasətdə öz dəst xəttini sərgiləməyə can atır.

XS
SM
MD
LG