Accessibility links

Dəyirmi Masa: İkinci Qırğızıstan İnqilabı

  • Asgar Asgarov

Dəyirmi Masa: İkinci Qırğızıstan İnqilabı

Dəyirmi Masa: İkinci Qırğızıstan İnqilabı

Qırğızıstanda baş verən son hadisələrə həsr edilmiş dəyirmi masa söhbətimizin qonaqları TÜRKSAM Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin eksperti Sinan Oğan və Xəzər Araşdırmaları Fondunun prezidenti Vəfa Quluzadədir.

Ötən günlər ərzində Qırğızıstanda cərəyan edən hadisələr dünya ictimaiyyətinin diqqət mərkəzində olub. Zambaq İnqilabından cəmi beş il sonra ölkədə hökumətin yenidən devrilməsi Qırğızıstanda sabit və davamlı hökumətin qurulması ilə bağlı debatları yenidən canlandırıb. Qırğızıstanda baş verənləri müzakirə etmək üçün həftənin dəyirmi masa söhbətinə TÜRKSAM Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin eksperti Sinan Oğan və Xəzər Araşdırmaları Fondunun prezidenti Vəfa Quluzadəni dəvət etdik.

Kurmanbek Bakiyevin rəsmən istefa verərək başqa ölkəyə getməsini xalq üsyanının qələbəsi adlandıran Vəfa Quluzadə qırğız cəmiyyətinin ölkədə vüsət alan korrupsiya və qanunsuzluqrdan təngə gəldiyini önə çəkdi. Bununla belə cənab Quluzadə Rusiya faktorunu nəzərdən qaçırmamağı tövsiyə etdi. Onun sözlərinə görə Kreml yaxın ətrafında cərəyan edən bütün siyasi proseslərdə yaxından iştirak etməyə və təsir göstərməyə can atır. İstisna deyil ki, Kurbanbek Bakiyevin vətəni tərk edərək Qazaxıstana üz tutması Moskvanın vasitəçiliyi ilə baş tutub. Vəfa Quluzadə ümid etdiyini bildirdi ki, son beş ildə ikinci dəfə üsyan edən qırğız xalqı normal idarəçilik sistemi qurmağa nail ola biləcək.

Türkiyəli ekspert Sinan Oğan diqqəti Qırğızıstanda şimal və cənub bölgələri arasındakı qarşıdurmaya çəkdi. Onun fikrincə Qırğızıstana monolit dövlət kimi baxmaq burada siyasi-regional çatların nəzərdən qaçırılması demək olardı. Əslən cənub bölgəsindən olan Bakiyev hakimiyyətdə olduğu müddətdə şimallıların siyasi prosesdən sıxışdırılmasına cəhd göstərdi və əks effektlə üzləşdi. Xarici amillərin təsirinə gəldikdə cənab Oğan Vəfa Quluzadənin Rusiyanın regionda geniş təsiri barədə dediklərini bölüşdü. Türkiyənin təsiri barədə fikirlərini əlavə edən Oğan, ölkələr arasında coğrafi məsafənin uzun olduğunu və son 8 ildə Türkiyə dövlət başçısının yalnız bir dəfə Qırğızıstana səfər etdiyini önə çəkdi. Onun sözlərinə görə Rusiya ilə müqayisədə Türkiyənin Qırğızıstanda nüfuzu minimaldır.

XS
SM
MD
LG