Accessibility links

Azadlıq və İstiqlal - Amerikanın milli simvolu olan quşlara ad seçildi [Video]


Keçən ay milyonlarla insanın İnternet vasitəsilə dünyaya gəlməsini izlədiyi iki qartal balasına artıq ad qoyulub. Azadlıq və İstiqlal. Bu, Vaşinqtonun Milli Dendrarisində qovaq ağacında anadan olan qartal balalarının rəsmi adıdır.

Yuvalarının yaxınlığında uzaqdan idarı olunan video-kamera yerləşdirildikdən sonra bu qartal balaları və onların valideynləri “Cənab prezident” və “ Birinci xanım” mediada populyarlaşıb. Yuvada baş verənləri isə İnternet vasitəsilə canlı olaraq izləmək mümkün olub. Dünyanın hər yerindən 30 mindən çox veb-kamera həvəskarı qartal balalarına ad seçmək üçün social medianın “Quş balalarına ad” adlı müsabiqəsində iştirak edib.

Nəhayət qalib adlar dendradidə keçirilən xüsusi mərasimdə açıqlanı. Dendrarinin direktoru Riçard Olsen “Amerika Qartal” fondu və Birləşmiş Ştatlardakı digər partnyorlarla Amerikanın milli simvolu olan bu quşların həyatını veb-kamera vasitəsilə dünyada milyonlarla insana çatdırmaq üçün birgə iş aparıb. “Bu, təbiəti canlı izləmək üçün yaxşı nümunədir. Bu gün çoxları televiziya və ya internetdə idmandan savayı canlı yayımı az görür. Bu qartalların yemək yeməsini, yatmasını, yaşama tərzini veb-kameralar vasitəsilə canlı görmələri insanları Amerika qartalının həyatı haqda məlumatlandırır”.

Al Çeçeri “Amerika Qartal fondu”nun prezidentidir. “İnsanların, əsasən də məktəblilərin qartalların həyatı haqda daha çox məlumatlandırılması və onları yaxından izləyə bilməsi məqsədilə biz belə bir müsabiqə təşkil etdik.”

Dünyanın 100 ölkəsindən 35 milyona qədər insan veb-kamera vasitəsilə bu qartal balalarının necə böyüdüyünü və valideynlərinin onların qayğısına necə qaldığını izləyib.

XS
SM
MD
LG