Accessibility links

Xilasetmə dəstələri yardım Əfqanıstan və Pakistanda bazar ertəsi 7,5 bal gücündə zəlzələdən sonra ucqar bölgələrdə əməliyyatları davam etdirir.

Zəlzələnin dağıtdığı yerlərdə olan Amerikanın Səsinin müxbirləri hərbi qüvvələrin xilasedici dəstələrinin xəsarət almış insanları təxliyyə etdiyinin, Dir və Timargarah, eləcə də Əfqanıstanla sərhəd bölgədə yeləşən qəbilələrin yaşadığı yarı-muxtar Bacaur vilayətində hadisə qurbanlarına təcili yardım çatdırdığının şahidi olub.

Əfqanıstanın şimalında Bədəxşan vilayətində baş verən zəlzələ Pakistan və Əfqanıstanda azı 360 nəfərin ölümünə və təxminən 2200 nəfərin müxtəlif xəsarət almasına səbəb olub.

Əfqanıstanda ölənlər arasında 12 məktəbli qız da var. Onlar Takar vilayətində silkələnən binadan qaçmağa cəhd edərkən basırıq zaman həlak olub.

Ən çox ölüm halı Pakistanın şimal-qərbində müşahidə edilir. Burada azı 184 nəfər həlak olub və 1400-dən çox insan xəsarət alıb.

Pakistanın hərbi və mülki yardım agentlikləri zəlzələdən zərər çəkmiş ərazilərə vertolyot vasitəsilə çadır, ədyal və ərzaq məhsulları göndərərək yardım əməliyyatlarını davam etdirib.

XS
SM
MD
LG