Accessibility links

İran Azərbaycanında daşqınlar nəticəsində ölənlərin sayı 41-ə çatıb


İSNA xəbər agentliyinin xəbərinə görə, İran Azərbaycanında baş verən daşqın fəlakəti səbəbilə ölənlərin sayı 41-ə çatıb. Agentlik həmçinin azı 22 vətəndaşın itkin düşdüyünü bildirir.

Daşqınlar aprelin 14-də axşam saatlarında İran Azərbaycanının müxtəlif vilayətlərində baş verib, ancaq həlak olanlar və itkin düşənlər ümumiyyətlə Şərqi Azərbaycan vilayətinin Əcəbşer və Tufarqan (Azərşəhr) bölgələrindəndir.

Xəbər agentliklərinin məlumatına görə, daşqının yaratdığı torpaq sürüşməsi də vətəndaşların həlak olmasına səbəb olub.

XS
SM
MD
LG