Accessibility links

Şərqi Azərbaycan valisi: Bakı Qafqaz və Rusiyaya giriş körpümüzdür


Şərqi Azərbaycan Vilayəti

Şərqi Azərbaycan Vilayəti

“Bakı Qafqaz və Rusiyaya giriş körpümüzdür. Biz iqtisadi böyümə istiqamətində Azərbaycan Respublikası əhalisi ilə mədəni əlaqələrimizdən sənaye, sağlıq xidmətləri və ali təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün istifadə etməliyik,” deyə Şərqi Azərbaycan valisi İsmail Cabbarzadə bildirib.

Şərqi Azərbaycan valisi İsmail Cabbarzadə

Şərqi Azərbaycan valisi İsmail Cabbarzadə

İRNA xəbər agentliyinə istinadən, Şərqi Azərbaycan vilayətinin xarici əlaqələri üzrə Təbrizdə keçirilən bir iclasda danışan vali xarici sərmayə cəlb edilmədən vilayətin problemləri, o cümlədən, işsizlik məsələsinin çözülməyəcəyini vurğulayıb.

İclasda çıxış edən Təbriz Ticarət Otağı başqanı Səməd Həsənzadə isə Azərbaycan Respublikası əhalisi arasında İran mallarına qarşı mövcud olan etimadsızlığı önə çəkib. O bu problemin çözülməsinin əsas prioritet olduğunu qeyd edib.

İsmail Cabbarzadə həmçinin xarici münasibətlərdə məzhəb faktorunun önəmindən danışıb.

Müalicə üçün güneyə gedən Azərbaycan Respublikası vətəndaşları

Müalicə üçün güneyə gedən Azərbaycan Respublikası vətəndaşları

“Azərbaycan Respublikası və İraqın müsəlman əhalisi arasında İslamın mədəni-məzhəbi proqramları üçün bir ehtiyac var. Bu ehtiyaca cavab verməliyik,” deyə o söyləyib.

Şərqi Azərbaycan valisi, İran Xarici İşlər Nazirinin müavini, “Təbriz” və Təbriz Tibb Universitetlərinin rektorları və Təbriz Ticarət Otağının başqanı kimi məsulların qatıldığı tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İraq kimi bölgə ölkələrindən əlavə bəzi Uzaq Şərq və Avropa ölkələri ilə də iqtisadi və ticari əlaqələrin potensialı dəyərləndirilib.

XS
SM
MD
LG