Accessibility links

Avropa Məhkəməsi facebook fəalının şikayəti ilə bağlı kommunikasiyaya başlayıb


Əbdül Əbilov

Əbdül Əbilov

Əbdül Əbilov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib

Həbsdə olan Facebook fəalı Əbdül Əbilovun şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsində kommunikasiya başlayıb.

Bu barədə vəkil Fariz Namazlının Facebook səhifəsində yayıb.

Onun sözlərinə görə, Əbdül Əbilovun şikayəti Konvensiyanın 5.1, 5.3 (Azadlıq və toxunulmazlıq hüququ ) və 18-ci maddələri (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) ilə pozuntusuna dair verilib.

“Bu şikayət onun 22 noyabr 2013-cü ildə həbs olunması, həbsinin qanunsuz olması və məhkəməyə qədər həbsdən azad edilmək huququnun pozuntusu ilə bağlıdır.” deyə F.Namazlı qeyd edib.

Əbdül Əbilov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. O, beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.

XS
SM
MD
LG