Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, Ebola virusundan ölənlərin sayı 4447-yə çatıb. Virusa qeydə alınmış yoluxma halları isə 9 minə çatmaq üzrədir.

Ümumdünya Səhiyyə Təşkilatının direktorunun müavini Brüs Aylvard deyib ki, Ebola xəstəliyinə qeydə alınmış yoluxma hallarının sayı hazırda 8914-ə çatır. Röyters xəbər agentliyi Brüs Aylvarda istinadən bildirib ki, bu rəqəmin bu həftənin sonunadək 9 minə çatacağı gözlənilir.

BMT-nin Liberiyada işləyərkən Ebola virusuna yoluxmuş tibb işçisi Almaniyada xəstəxanada vəfat edib.

Leypsiq şəhərinin Sent Corc xəstəxanasının işçiləri intensiv tibbi prosedurlara baxmayaraq, 56 yaşlı xəstənin gecə saatlarında vəfat etdiyini deyib.

BMT-nin Liberyadakı missiyası ötən həftə bildirib ki, işçilərdən birinin oktyabrın 6-ı Ebola virusuna yoluxduğu müəyyən edilb. Lakin onunla əlaqədə olan 41 nəfərdən heç kəsdə virusun simptomları müşahidə edilməyib.

ABŞ səhiyyə rəsmiləri digər ölkələri Ebola xəstələrinə qulluq edilməsi üsullarını nəzərdən keçirməyə çağırıb.

Xəstəliyə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri Tom Friden deyib ki, Dallas şəhər rəsmiləri tibb bacısının virusa necə yoluxmasını araşdırır. Bu, Birləşmiş Ştatlarda virusa yoluxmuş ilk amerikalıdır.

Tom Friden Liberiyadan gəlmiş xəstəni müalicə edən tibb bacısı Nina Famın virusa yoluxmasını protokolun pozulması ilə izah edib.

XS
SM
MD
LG