Accessibility links

BMT Qərbi Afrikada ebola ilə mübarizə səylərinə başçılıq edir


BMT-nin baş katibi Ban Ki Mun deyib ki, BMT Qərbi Afrikada ebola virusu ilə mübarizə səylərinə başçılıq edir.

Baş katib bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çan BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında beynəlxalq planı açıqlayacaq.

Təhlükəsizlik Şurası eyni gündə üzv ölkələrin xəstəliyin təsirinə məruz qalmış ölkələrə yardım, səhra xəstəxanaları və humanitar yardım işçilərinin çatdırılması və bu ölkələrə səfərlərlə bağlı qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasına çağıran ABŞ-ın haaırladığı qətnamə üzrə səsvermə keçirməlidir.

ABŞ prezidenti Barak Obama səhiyyə xidmətlərinə dəstək vermək məqsədi ilə təxminən 2500 virus daşıyıcısının öldüyü Qərbi Afrikaya minlərlə ABŞ əsgəri göndərildiyini elan edib.

Əsgərlər Monrovia və Liberiyada yerləşdiriləcək, tibb işçilərinə təlim keçəcək, təchizatın çatdırılması səylərini koordinasiya edəcək və yeni müalicə obyektlərin tikintisində iştirak edəcək.

XS
SM
MD
LG