Accessibility links

Qərbi Afrika ölkələrində Ebola vurusundan ölənlərin sayı 7 mini ötüb


Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, Qərbi Afrika ölkələrində Ebola vurusundan ölənlərin sayı 7 mini ötüb.

Təşkilatın son hesabatında Liberiya, Syerra Leone və Qvineyada 7343 ölüm halı qeydə alındığı bildirilir.

Bu 3 ölkədə 19 min 31 adam xəstədir.

BMT-nin baş katibi Ban Gi Mun hazırda Ebola ilə mübarizə aparan ölkələrdə səfərdədir. Bu gün o, Qvineyada prezident Alfa Konde və səhiyyə rəsmiləri ilə görüş keçirib.

Mun deyib ki, Ebolanın yayılması Qvineyada qonşu Liberiya və Syerra Leone ilə müqayisədə yavaşıyıb.

BMT-nin baş katibinin səfərinin növbəti dayanacağı Malidir. Ban Gi Mun daha əvvəl Qana, Liberiya və Syerra Leonedə olub.

Bu arada Liberiyada Ebolaya görə iki dəfə təxirə salınan senat seçkiləri keçirilir.

XS
SM
MD
LG