Accessibility links

Səhiyyə rəsmiləri Ebola virusu ilə bağlı insanları məlumatlandırmağa çalışır


Bu ilin əvvəlindən başlayaraq Ebola virusunun Qərbi Afrikada vüsət almasından və bu xəstəliyin 5000 nəfərin həyatına son qoymasından sonra dünya boyu səhiyyə rəsmiləri bu xəsətliklə bağlı insanları məlumatlandırmağa çalışır. Rəqəmsal texnologiya və İnternet bunu etməyə imkan verir. Baş qərargahı Fransada yerləşən Sərhədsiz Həkimlər Təşkilatı Online-da Ebola ilə mübarizə üçün təlim proqramı yerləşdirib . Britaniyanın kompyuter oyunları yaradıcıları da İnternetə Ebola virusu ilə mübarizə adlı oyununu yerləşdirib.

Sərhədsiz Həkimlər Təşkilatı Ebolanın çox yayıldığı Liberiya, Qvineya və Sierra-Leoneyə 700 nəfərdən ibarət beynəlxalq yardım işçisi göndərib. Təşkilat xəstələrə yardım, ölənlərin dəfni və xəstəliyin yayılmasının qarşısının alınması ilə bağlı 3000 nəfərə qədər insana təlim keçib. Lakin xəstəlik vüsət aldıqdan sonra tibb məntəqələri və dərman çatışmazlığı problemə çevrilib. Buna görə də qərbi Afrikadan gələn Ebola virusu ilə mübarizə üçün həkim, tibb və yardım işçilərinin hazırlanması üçün interaktiv kurslar yaradılıb.

Xəstəliklə mübarizəyə aid təlimlər hamının anlaması üçün sadə tərtib edilib və 11 paraqrafdan ibarətdir. Bu təlim proqramına xəstəliyin başlamasından tutmuş müdafiə strategiyası, müalicə və psixoloji yardım, eləcə də müalicədən sonrakı dövr daxildir. Hər mərhələnin sonunda dərslərin qavranıldığını yoxlamaq üçün testlər var.

Ebola epidemiyası bütün dünyanı vahiməyə salıb. Bu xəstəlik eləcə də İnternetdə mövcud olan "Plague Inc." online oyununun çox sayda yüklənməsinə səbəb olub. "Plague Inc." oyununda oyunçu vəba xəstəliyinin patogenini yaradır və bu xəstəliklə bəşəriyyəti məhv edə bilir.

Ceyms Voqan "Plague Inc." oyununun yaradıcılarındandır. “Ebola Qərbə çatanda biz bu oynu yükləyənlərin sayının gündə 50 faiz artdığını gördük. Biz dünyada baş verən hadisənin bu oyna marağı bu qədər artırdığını ilk dəfə idi görürdük.”

“Plague Inc.”-i yaradan Ceyms Voqan müxtəlif virusları yaymaqla bəşəriyyəti məhv edən belə bir oyunu yaratdığı üçün narahat olduğunu deyir. “Mən yaratdığım oyunun Ebola kimi dəhşətli epidemiya ilə müqayisə edilməsini istəmirəm.”

Bu ayın əvvəlindən oyunçulara Ebola ilə mübarizə məqsədilə veb səhifələrdə yeni linklər təklif edilir.

Plague Inc.”-in dünya boyu 35 milyondan çox oyunçusu var və bu böyük qüvvədir. Əgər biz onları Ebola ilə mübarizə xeyriyyə işini dəstəkləməyə cəlb edə bilsək və insanları bu haqda məlumatlandıra bilsək, çox gözəl iş görmüş olarıq.

Ceyms Voqan bu kompyuter oyununun xəstəliyin yayılması ilə bağlı həm də güclü tədris vasitəsi olduğunu deyir. O, deyir ki, alimlər bu oyunun məktəblərdə də nümayiş edilməsinin müsbət nəticə verəcəyini düşünürlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG