Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı Ebola virusunun Qərbi Afrika ölkələrinin hökumətləri və icmalarına ciddi təhlükə yaratdığını bildirir.

Qurumun direktoru Marqaret Çan indiyədək heç bir infeksion xəstəliyin hökumətlərin bu dərəcədə uğursuzluğuna yol açdığının görülmədiyni deyib.

Filippində keçirilən səhiyyə konfransında danışan Çan dünyanın virusla mübarizəyə nə qədər hazırlıqsız olduğunu bildirib.

Digər rəsmilər kimi BMT-nin baş katibi ban Gi Mun da 4 min insanın ölümünə səbəb olan bu virusla bağlı xəbərdarlıqla çıxış edib.

Liberiyada isə tətil çağırışlarına baxmayaraq, səhiyyə işçiləri işə çıxıb. Ölkənin Həmkarkalar İttifaqları virusun potensial təhlükəsinə görə tibb işlərinə əlavə pul ödənilməsini tələb edir.

Ümumdünya Səhiyyə Təşkilatı təkcə Liberiyada 2300 insanın öldüyünü və onların 95 faizinin səhiyyə işçiləri olduğunu bildirib.

Kanadanın Səhiyyə Agentliyi isə Ebola vaksinlərinin kliniki sınağına başlandığını bəyan edib.

XS
SM
MD
LG